image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-af1fdbeb3243e46e437b54ea29fe37cc_800

Azərbaycan Respub¬li¬ka¬sının Prezidenti cənab İlham Əliyev ordu quruculuğunu yeni mərhələyə yüksəltdi

image-legitimaz-810x90

Azərbaycan Respub­li­ka­sının Prezidenti cənab İlham Əliyev ordu quruculuğunu yeni mərhələyə yüksəltdi

2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətini və peşəkarlığını bütün dünyaya nümayiş etdirdi. Müharibə zamanı müasir texnologiyalardan səmərəli istifadə edilməsi, hərbi əməliyyatların peşəkar şəkildə həyata keçirilməsi ordumuzun gücünü bir daha təsdiqlədi. Qazanılmış təcrübə sonrakı dövrdə də ordunun inkişafında mühüm rol oynayır.

İşğaldan azad edilmiş ərazilərdə yeni hərbi hissələrin yaradılması, müasir hərbi infrastrukturun qurulması, sərhədlərin etibarlı qorunması istiqamətində görülən işlər də müdafiə qüdrətinin artırılmasına xidmət edir. Bu ərazilərdə yaradılan hərbi obyektlər ordunun operativ imkanlarını daha da genişləndirir.

Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasət çərçivəsində şəhid ailələri, müharibə veteranları və qazilərə göstərilən diqqət də vətənpərvərlik ruhunun güclənməsinə mühüm təsir göstərir. Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi gələcəkdə peşəkar hərbi kadrların yetişməsinə zəmin yaradır.

Bu gün Azərbaycan Ordusu müasir silahlarla təchiz olunmuş, yüksək hazırlıqlı və peşəkar bir hərbi qüvvədir. Dövlət tərəfindən ordu quruculuğuna göstərilən davamlı diqqət nəticəsində müdafiə qüdrəti ildən-ilə artır, maddi-texniki baza daha da möhkəmlənir. Bütün bunlar ölkəmizin təhlükəsizliyinin etibarlı şəkildə təmin olunmasına, müstəqilliyimizin və dövlətçiliyimizin qorunmasına xidmət edir.

Nəticə etibarilə, Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri olaraq qalır. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər ordumuzu daha da gücləndirir, ölkəmizin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsində mühüm rol oynayır. Güclü ordu isə güclü dövlətin ən vacib dayaqlarından biridir.

Azərbaycan Ordusu nizami ordu kimi formalaşır, beynəlxalq təlimlərdə uğurla iştirak edirdi.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə Əlahiddə Azər­baycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu. Bu gün rəsmi dövlətçilik bayramlarından biridir.

Ordunun döyüş hazırlığının yüksəldilməsi həm də hərbi təhsillə bağlıdır. Dövlət başçısının mü­va­­fiq fərmanları ilə Azərbaycanda yeni hərbi təhsil müəssisələri yaradıldı; Azərbaycanda fəaliyyətdə olan hərbi məktəblər həm struktur etibarilə yeniləşdirildi, həm də ayrıca ali hərbi məktəb statusuna malik oldu: Azərbaycan Ali Hərbi Məktəbi (indiki Azərbaycan Hərbi İnstitutu), Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təy­ya­rəçilik Məktəbi. Silahlı Qüvvələrin Hərbi Akademiyasının yara­dılması da peşəkar hərbçi kadrlar hazırlığı prosesində əhəmiyyətli oldu…

Azərbaycan 1994-cü ilin əvvəllərində NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əmək­daşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə “Fərdi Tə­rəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. Azərbaycanın ordu hissələri sülhməramlı qüvvələrin tərki­bində Kosovoda, Əfqanıstanda, İraqda iştirak etdi, NATO standartlarının ordumuza inteqrasiyası təmin edildi, Azərbaycan Ordusu dünyanın inkişaf etmiş ordularından biri oldu.

Ordunun təşkilatlandılrılması ilə bağlı Heydər Əliyev deyirdi ki, “Azərbaycanda ordunun inkişaf et­mə­si, möhkəmlənməsi dövlətimizin və xalqımızın əsas vəzifəsidir. …Biz orduya xüsusi qayğı göstər­mə­liyik, onu möhkəm­lən­dirməli və inkişaf etdirməliyik”.

 

Fuad Eyvazov – Zərdab rayonu, Məmmədqasımlı kənd sakini, sahibkar

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki