Dünən birlikdə yazacağımız tarixdən danışdım və bu tarixin necə yaradılacağını dəqiq müəyyənləşdirmək çox vacibdir.
Xeberaz.info xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan ermənilərə videomüraciətində deyib.
“Fikrimcə, yaxın gələcəkdə diqqətimizi Azərbaycanla paraflanmış sülh sazişinin imzalanması və ratifikasiyası istiqamətində işlərə yönəltməliyik. Bu baş verdikdə, Ermənistanın dövlətçiliyinin uzunömürlülüyü üçün təməl daşını qoyduğumuzu deyə biləcəyik”, – o bildirib.


























