image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-1

Ağdamın sabahına açılan yeni səhifə

image-legitimaz-810x90

Ağdamın sabahına açılan yeni səhifə

Bəzən bir şəhərin taleyi bütöv bir xalqın tarixini özündə əks etdirir. Ağdam da belə şəhərlərimizdəndir. Bu şəhərin adı çəkiləndə insanların yaddaşında həm keçmişin acı xatirələri, həm də böyük Qələbənin sevinci canlanır. Bu gün Ağdam Azərbaycanın yenidən qurulan, gələcəyə inamla addımlayan şəhərlərindən biri kimi diqqət çəkir. 20 Noyabr – Ağdam Şəhəri Günü xalqımızın həyatında mühüm əhəmiyyət daşıyan tarixi günlərdəndir. 2020-ci il noyabrın 20-də Ağdam şəhərinin işğaldan azad edilməsi uzun illər davam edən ayrılığa son qoyan, ağdamlıların doğma torpağa qayıdış ümidlərini gerçəkləşdirən böyük hadisə oldu. Bu tarix Azərbaycan xalqının yaddaşında daim qürurla yaşayacaq. Ağdamın özünəməxsus tarixi və zəngin mədəni irsi var. Bu torpaqda neçə-neçə nəsil böyüyüb, ailələr qurulub, zəhmətkeş insanlar yaşayıb-yaradıb. Ağdam bir vaxtlar canlı küçələri, bazarları, təhsil və mədəniyyət ocaqları ilə tanınırdı. İşğal dövründə şəhərin dağıdılması onun sakinlərinin həyatında dərin izlər buraxdı. Lakin heç bir dağıntı insanların doğma yurda olan sevgisini və bağlılığını yox edə bilmədi.

Bu gün Ağdamda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri şəhərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Müasir yaşayış binaları, yollar, məktəblər, sosial və digər infrastruktur obyektləri inşa olunur. Şəhərin gələcək inkişafı üçün mühüm layihələr həyata keçirilir. Bütün bunlar Ağdamın yalnız keçmiş şöhrətinə qayıtması deyil, həm də daha müasir və abad bir şəhərə çevrilməsi məqsədi daşıyır. Ağdamın bərpasında ən mühüm məsələ burada daimi və təhlükəsiz yaşayışın təmin edilməsidir. Çünki illərlə doğma yurdun həsrəti ilə yaşayan insanlar üçün ən böyük arzu öz evində yaşamaq, övladlarını doğma torpaqda böyütmək və gələcəyini həmin torpaqda qurmaqdır. Hər yeni tikilən ev, açılan məktəb və salınan yol bu arzuların həyata keçməsinə xidmət edir. Ağdamın dirçəlişi həm də gələcək nəsillər üçün mühüm nümunədir. Bu şəhərin yenidən qurulması göstərir ki, xalqımız çətinliklər qarşısında ruhdan düşmür, öz tarixinə, torpağına və milli dəyərlərinə sahib çıxır. Ağdam artıq yalnız keçmişin xatirələri ilə deyil, yeni uğurları və quruculuq işləri ilə də tanınmağa başlayır.

20 Noyabr – Ağdam Şəhəri Günü münasibətilə bu torpağın azadlığı uğrunda canından keçən şəhidlərimizi dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk. Doğma yurdlarına qayıdan ağdamlılara xoşbəxt və firavan həyat arzulayırıq. İnanırıq ki, qarşıdakı illərdə Ağdam daha da inkişaf edəcək, öz tarixi simasını qorumaqla müasir şəhər kimi formalaşacaq. Onun küçələrində uşaqların səsi eşidiləcək, evlərində ailələrin sevinci yaşanacaq

 

 

Zərdab rayon İsaqbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Dayangül Vəliyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki