Bəyannamədə 2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Zirvəsi Bəyannaməsinin əhəmiyyəti vurğulanır
Azərbaycan ilə Böyük Britaniya arasında dostluq münasibətləri uzun illərə söykənən tarixi ənənələrə, qarşılıqlı hörmətə və ortaq maraqlara əsaslanır. XX əsrin əvvəllərindən etibarən formalaşmağa başlayan bu əlaqələr Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra yeni siyasi və iqtisadi məzmun qazanmışdır. Xüsusilə, enerji sahəsində həyata keçirilən birgə layihələr, qarşılıqlı investisiyalar, yüksək səviyyəli siyasi təmaslar və diplomatik dialoq iki ölkə arasında etibarlı tərəfdaşlıq mühitinin yaranmasına mühüm töhfə vermişdir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi xarici siyasət kursu və Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən praqmatik siyasət nəticəsində Azərbaycan-Britaniya münasibətləri davamlı inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Bu gün hər iki dövlət qarşılıqlı etimad, suverenliyə hörmət və ortaq maraqlar əsasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsində maraqlıdır.
2026-cı il noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır. Bəyannamədə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş Sülh Zirvəsinin əhəmiyyəti xüsusi vurğulanmışdır. Sənəddə iqtisadi inkişafın dayanıqlı tərəfdaşlığın əsas şərtlərindən biri olduğu qeyd edilir. Güclü, dayanıqlı və şaxələndirilmiş iqtisadi artımın, açıq ticarətin, investisiyaların və innovasiyanın hər iki tərəf üçün uzunmüddətli sabitlik və rifahın mühüm təməlini təşkil etdiyi qəbul olunur. Bu yanaşma iqtisadi əlaqələrin qarşılıqlı fayda prinsipi əsasında inkişaf etdirilməsinə və tərəflərin mövcud iqtisadi potensialından daha səmərəli istifadə olunmasına yönəlmişdir.
Həmçinin bəyannamədə davamlı tərəfdaşlığın qarşılıqlı etimad, səmimilik və möhkəm insanlararası əlaqələr üzərində qurulduğu xüsusi olaraq vurğulanır. Bu yanaşma dövlətlərarası münasibətlərin inkişafında xalqlar arasında birbaşa təmasların və qarşılıqlı anlaşmanın əhəmiyyətini ön plana çıxarır. İnsanlararası əlaqələrin möhkəmləndirilməsi siyasi və iqtisadi əməkdaşlığın ictimai əsaslarını genişləndirməklə ikitərəfli münasibətlərin davamlılığına xidmət edir. Bununla yanaşı, uzunmüddətli iqtisadi artımın və rəqəmsal transformasiyanın təmin edilməsi baxımından təhsil, elm, innovasiya və peşə bacarıqları sahəsində praktiki əməkdaşlığın vacibliyi təsdiqlənir. Tərəflər bu istiqamətlərdə qarşılıqlı fəaliyyətin genişləndirilməsini gələcək inkişafın mühüm amili kimi qiymətləndirirlər. Bu, müasir dövrdə elmi biliklərin, texnoloji yeniliklərin və ixtisaslı insan resurslarının dövlətlərin rəqabətqabiliyyətliliyinin artırılmasında mühüm rol oynadığını göstərir. Sənəddə, həmçinin icmalar arasında birbaşa əlaqələrin qarşılıqlı faydası tanınır. Bu müddəa iki ölkənin cəmiyyətləri arasında əlaqələrin möhkəmləndirilməsinə, qarşılıqlı etimadın artırılmasına və tərəfdaşlığın ictimai əsaslarının genişləndirilməsinə xidmət edir. İcmalararası əməkdaşlığın inkişafı müxtəlif sahələrdə fəaliyyət göstərən insanların, ictimai təşkilatların və peşəkar birliklərin birbaşa təmaslarını təşviq etmək baxımından da əhəmiyyətlidir. Belə əlaqələr qarşılıqlı təcrübə mübadiləsinə, ortaq təşəbbüslərin həyata keçirilməsinə və tərəflər arasında əməkdaşlıq mədəniyyətinin formalaşmasına imkan verir. Bu, dövlətlərarası münasibətlərin cəmiyyət səviyyəsində dəstəklənməsinə töhfə verən mühüm amildir.
Rəşad İsmayılov- Zərdab rayon Salahlı kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru















