image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images

Iştirakçılar regional sülh və sabitliyi dəstəkləmək üçün müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi və ümumi təhdidləri yayındırmaq, qarşısını almaq və onlara cavab vermək qabiliyyətlərini artırmaq üçün uzunmüddətli öhdəlikləri ortaq qəbul edirlər

image-legitimaz-810x90
    • Noyabrın 12-də Dublində Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb. Sənədi Prezident İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnhamimzalayıblar. Bununla iki ölkə arasında 1994 və 1998-ci illərin birgə bəyannamələrinə əsaslanan münasibətlər rəsmi olaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib.

 

Bəyannamə üç əsas istiqaməti əhatə edir: müdafiə və təhlükəsizlik, ticarət, investisiya və artım, təhsil və innovasiya. Müdafiə və təhlükəsizlik bölməsinin sənəddə birinci yerdə verilməsi bu sahəyə ayrılan önəmi göstərir.Sənədə əsasən, iştirakçılar regional sülh və sabitliyi dəstəkləmək üçün müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi, ümumi təhdidləri yayındırmaq, qarşısını almaq və onlara cavab vermək qabiliyyətlərinin artırılması üçün uzunmüddətli öhdəliyi ortaq qəbul edirlər. Bu müddəa ümumi bəyanatla məhdudlaşmır, konkret istiqamətlərlə müşayiət olunur.Belə ki, tərəflər təlim, potensialın artırılması və qarşılıqlı fəaliyyət qabiliyyətinə yönəlmiş müdafiə əməkdaşlığını inkişaf etdirəcək, birgə təşəbbüslər də daxil olmaqla müdafiə sənayesi sahəsində əməkdaşlığın gücləndirilməsi imkanlarını araşdıracaqlar. Bəyannamədə hüquq-mühafizə orqanları arasında tərəfdaşlığın, sərhəd idarəçiliyi üzrə əməkdaşlığın, məhkəmə-hüquq sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi də nəzərdə tutulur. Tərəflər yüksək səviyyəli təmasların davamlılığını qoruyacaq, ikitərəfli, regional və beynəlxalq məsələlər üzrə koordinasiyanı dərinləşdirəcək, maraqların uzlaşdığı çoxtərəfli platformalarda beynəlxalq sülhə və təhlükəsizliyə birgə töhfə verəcəklər.Sənədin regional sülh baxımından əhəmiyyəti ayrıca qeyd edilməlidir. Bəyannamənin giriş hissəsində tərəflər BMT Nizamnaməsinə, beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığınasadiqliklərinitəsdiqləyirlər. Böyük Britaniya 2025-ci il avqustun 8-də keçirilmiş Vaşinqton Sülh Sammitinin nəticələrini və Azərbaycanla Ermənistan arasında normallaşma istiqamətində atılan addımları alqışlayır, davamlı sülhə aparan ikitərəfli dialoqu dəstəkləyir.Bəyannamənin icrası üçün mexanizm də müəyyən edilib. Tərəflər hər il Strateji Tərəfdaşlıq üzrə görüş keçirərək üç istiqamət üzrə görülən işləri nəzərdən keçirəcək və növbəti dövr üçün prioritetləri müəyyənləşdirəcəklər. Əməkdaşlıq tərəflərin qanunvericiliyinə və mövcud resurslara uyğun həyata keçiriləcək.BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Böyük Britaniya ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatması Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsiningöstəricisidir. Müdafiə və təhlükəsizlik sahəsində üzərinə götürülən uzunmüddətli öhdəliklər ölkəmizin müdafiə qabiliyyətinin artırılmasına, bölgədə əldə olunmuş sülhün və sabitliyin qorunmasına xidmət edir.

 

 

Şamil Babayev – Zərdab Gənclər evi , Dərnək rəhbəri.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki