Təhsil və innovasiya sahəsində:
Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında mövcud ikitərəfli münasibətlərin inkişafı və əməkdaşlığın yeni istiqamətlər üzrə şaxələndirilməsi kontekstində təhsil, elm, tədqiqat və innovasiya sahələri xüsusi əhəmiyyət kəsb edir. Hər iki ölkə təhsil və elmi potensialın inkişafını uzunmüddətli iqtisadi rifahın, məhsuldarlığın artırılmasının və sosial dayanıqlığın mühüm şərti, müasir və rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşmasının əsas amillərindən biri kimi qiymətləndirir. Bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, elmi potensialın qarşılıqlı istifadəsi və təhsil sistemlərinin müasir çağırışlara uyğunlaşdırılması istiqamətində əməkdaşlığın inkişafını dəstəkləyir. Bu baxımdan 2026-cı il noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır.
Bəyannamədə əmək bazarının dəyişən tələbləri və dövlət idarəçiliyində artan peşəkar kompetensiya ehtiyaclarını nəzərə alaraq, ali təhsil, peşə təhsili və ixtisasartırma sahələrində əlaqələrin gücləndirilməsi qeyd olunmuşdur. Bu çərçivədə rəqəmsal və texniki bacarıqların inkişafı, müasir tədris metodlarının tətbiqi, kadr hazırlığı və dövlət sektorunda institusional potensialın artırılması üzrə təcrübə mübadiləsinin genişləndirilməsini, həmçinin təhsil müəssisələri arasında birbaşa əməkdaşlıq imkanlarının artırılmasını məqsədəuyğundur. Eyni zamanda, Azərbaycan və Birləşmiş Krallıq arasında elmi tədqiqat, texnoloji inkişaf və innovasiya sahələrində əməkdaşlığın dərinləşdirilməsinə xüsusi diqqət yetirilir. Süni intellekt, rəqəmsal idarəetmə, inkişaf etməkdə olan texnologiyalar və həyat elmləri üzrə birgə təşəbbüslərin təşviqi, universitetlər, elmi tədqiqat institutları və sənaye müəssisələri arasında tərəfdaşlıq əlaqələrinin qurulması, elmi nəticələrin praktiki tətbiqinin genişləndirilməsi bu əməkdaşlığın əsas istiqamətlərini təşkil edir. Bununla yanaşı, innovasiya ekosisteminin inkişafı, texnoloji biliklərin paylaşılması və rəqəmsal transformasiya sahəsində qarşılıqlı təcrübədən faydalanmaq üçün imkanların artırılmasını dəstəklənir.
Bununla yanaşı, Azərbaycan və Britaniya arasında tələbə, müəllim, alim, tədqiqatçı və digər peşəkarlar səviyyəsində mübadilə proqramlarının genişləndirilməsi ikitərəfli münasibətlərin humanitar ölçüsünün inkişafında mühüm amil kimi nəzərdən keçirilir. Akademik mobilliyin təşviqi, birgə təhsil və tədqiqat təşəbbüslərinin həyata keçirilməsi, eləcə də gənclərin beynəlxalq bilik və təcrübəyə çıxış imkanlarının artırılması iki ölkə arasında davamlı intellektual əlaqələrin formalaşmasına xidmət edir. Azərbaycan və Birləşmiş Krallıq, həmçinin vətəndaş cəmiyyətləri arasında qarşılıqlı anlaşmanın dərinləşdirilməsini, mədəni əlaqələrin genişləndirilməsini və ictimai diplomatiya imkanlarından istifadənin artırılmasını əhəmiyyətli hesab edir. Bu məqsədlə mədəniyyət, təhsil, elm və ictimai fəaliyyət sahələrində insanlararası təmasların, peşəkar platformaların və institusional şəbəkələrin inkişafını təşviq edərək, formalaşan əlaqələrin uzunmüddətli və davamlı əməkdaşlığa töhfə verməsini dəstəkləyir. İki ölkənin ali təhsil müəssisələri arasında institusional tərəfdaşlığın möhkəmləndirilməsi, birgə akademik proqramların hazırlanması və diplomların qarşılıqlı tanınması sahəsində imkanların araşdırılmasını əməkdaşlığın perspektiv istiqamətləri kimi dəyərləndirilir. Xüsusilə, prioritet iqtisadi sahələr üzrə ixtisaslı mütəxəssislərin hazırlanması və təhsil proqramlarının əmək bazarının ehtiyaclarına uyğunlaşdırılması istiqamətində əlaqələndirilmiş fəaliyyətin əhəmiyyətlidir.
Eyni zamanda, iqlim dəyişmələri, enerji səmərəliliyi, ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf kimi qlobal çağırışların elmi araşdırmalar və innovativ texnologiyalar vasitəsilə həllinə töhfə vermək məqsədilə əməkdaşlıq genişləndirilməlidir. Bu çərçivədə yaşıl texnologiyalar, bərpaolunan enerji, ekoloji innovasiyalar və resurslardan səmərəli istifadə sahələrində elmi müəssisələr və müvafiq sənaye strukturları arasında birgə tədqiqat imkanlarının inkişafına önəm verir.
Dilarə Məmmədova- Zərdab şəhər 2 saylı körpələr evi-uşaq bağçasının müdiri



















