image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-foto-2

Müdafiə və təhlükəsizlik sahəsində

image-legitimaz-810x90

Müdafiə və təhlükəsizlik sahəsində

 

 

Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlər uzun illər ərzində siyasi dialoq, qarşılıqlı etimad və müxtəlif istiqamətlərdə formalaşmış əməkdaşlıq əsasında inkişaf etmişdir. İki ölkə arasında mövcud tərəfdaşlıq enerji və iqtisadiyyatla yanaşı, regional təhlükəsizlik və beynəlxalq sabitlik məsələlərini də əhatə edir. Dəyişən geosiyasi şərait, yeni təhlükəsizlik çağırışları və beynəlxalq münasibətlər sistemində baş verən proseslər müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsini daha aktual edir. Bu baxımdan, Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamədə müdafiə və təhlükəsizlik məsələlərinə xüsusi yer ayrılmışdır.

2026-cı il noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə  imzalanmışdır. Bəyannamədə regional sülh və sabitliyin dəstəklənməsi məqsədilə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi, ümumi təhdidlərin qarşısının alınması, onların yayındırılması və meydana çıxan təhlükələrə cavab vermək imkanlarının artırılması istiqamətində uzunmüddətli öhdəliklərini birgə qəbulu öz əksini tapmışdır. Bu müddəa iki ölkənin təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətinin davamlı əsaslar üzərində qurulmasına və mövcud əməkdaşlıq imkanlarının genişləndirilməsinə yönəlmişdir.

Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafı, ilk növbədə, regional sabitliyin qorunması və beynəlxalq təhlükəsizlik mühitində meydana çıxan çağırışlara qarşı koordinasiyalı yanaşmaların formalaşdırılması baxımından əhəmiyyətlidir. Müasir dövrdə təhlükəsizlik təhdidləri müxtəlif xarakter daşıdığından dövlətlər arasında məlumat və təcrübə mübadiləsi, institusional əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı fəaliyyət imkanlarının artırılması xüsusi aktuallıq kəsb edir.

Azərbaycanın yerləşdiyi geostrateji mövqe, Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunmasında oynadığı rol, eləcə də beynəlxalq enerji və nəqliyyat marşrutlarının təhlükəsizliyinə verdiyi töhfə bu sahədə əməkdaşlığın əhəmiyyətini artırır. Böyük Britaniya ilə müdafiə və təhlükəsizlik istiqamətində əlaqələrin genişləndirilməsi Azərbaycanın beynəlxalq tərəfdaşlarla qarşılıqlı fəaliyyətinin inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır. Həmçinin burada ümumi təhdidlərin qarşısının alınması və onlara cavab vermək qabiliyyətlərinin artırılmasının nəzərdə tutulması tərəflərin təhlükəsizlik məsələlərinə uzunmüddətli və sistemli yanaşmasını əks etdirir. Bu yanaşma mümkün risklərin vaxtında müəyyənləşdirilməsi, təhlükəsizlik sahəsində qarşılıqlı təcrübədən istifadə edilməsi və əməkdaşlığın praktiki nəticələrə istiqamətləndirilməsi üçün siyasi zəmin yaradır. Eyni zamanda, müdafiə və təhlükəsizlik sahəsində tərəfdaşlığın gücləndirilməsi iki dövlət arasında siyasi dialoqun daha da dərinləşməsinə və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir.

Birgə Bəyannamənin müdafiə və təhlükəsizlik sahəsinə dair müddəaları Azərbaycan-Britaniya strateji tərəfdaşlığının mühüm istiqamətlərindən birini təşkil edir. Regional sülh və sabitliyin dəstəklənməsi, ümumi təhdidlərə qarşı mübarizə imkanlarının artırılması və uzunmüddətli əməkdaşlıq öhdəliklərinin müəyyənləşdirilməsi iki ölkə arasında təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətin gələcək inkişafı üçün əsas siyasi çərçivə yaradır.

 

Nurcahan Mürşüdova- Zərdab rayon Gödəkqobu kənd körpələr evi-uşaq bağçasının müdiri

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki