image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-fvohspu8phkhqa03wnndqepatsas88ga2p2zlluh_1200

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında ikitərəfli münasibətlər

image-legitimaz-810x90

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında ikitərəfli münasibətlər

Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasət ölkəmizin dünyanın müxtəlif dövlətləri ilə qarşılıqlı hörmətə və milli maraqlara əsaslanan əlaqələrinin genişlənməsinə şərait yaradır. Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, mühüm iqtisadi və enerji mərkəzi, eyni zamanda regionda sülh və əməkdaşlığın tərəfdarı kimi tanınır. Ölkəmizin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə münasibətlərinin yeni mərhələyə yüksəlməsi də bu siyasətin mühüm nəticələrindən biridir.

Ümummilli Lider Heydər Əliyevin 1994 və 1998-ci illərdə Böyük Britaniyaya həyata keçirdiyi rəsmi səfərlər ikitərəfli münasibətlərin möhkəmlənməsində xüsusi rol oynayıb. Həmin dövrdə imzalanmış sənədlər iki ölkə arasında dostluq və əməkdaşlığın hüquqi əsaslarını formalaşdırıb. Bu gün həmin siyasi irs Azərbaycan-Böyük Britaniya əlaqələrinin daha da genişlənməsi üçün möhkəm zəmin yaradır.

Münasibətlərin inkişafında iqtisadi əməkdaşlıq xüsusi yer tutur. Böyük Britaniya uzun illərdir Azərbaycanın əsas xarici investorlarından biri kimi çıxış edir. Xüsusilə enerji sahəsində qurulan tərəfdaşlıq ölkəmizin beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edib. Britaniya şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə fəaliyyəti, həyata keçirilən layihələr və qarşılıqlı investisiyalar bu əlaqələrin real iqtisadi əsasını təşkil edir. Lakin Azərbaycan-Böyük Britaniya münasibətlərini yalnız neft və qaz əməkdaşlığı ilə məhdudlaşdırmaq düzgün olmazdı. Müasir dövrdə hər iki ölkə iqtisadiyyatın şaxələndirilməsinə, yeni texnologiyaların tətbiqinə, alternativ enerji mənbələrinin inkişafına və beynəlxalq nəqliyyat əlaqələrinin genişləndirilməsinə xüsusi diqqət yetirir.

Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin regional sabitliyə və beynəlxalq təhlükəsizliyə verdiyi əhəmiyyəti göstərir. Bu istiqamətdə təcrübə mübadiləsi, mütəxəssislərin hazırlanması, hüquq-mühafizə orqanları arasında əlaqələrin gücləndirilməsi və sərhəd təhlükəsizliyi məsələlərində birgə fəaliyyət nəzərdə tutulur. Sənəddə Azərbaycanın və Ermənistanın davamlı sülhə nail olmaq istiqamətində atdığı addımlar da müsbət qiymətləndirilir. Böyük Britaniya regionda davamlı sülhün ikitərəfli dialoq yolu ilə əldə olunmasına dəstəyini ifadə edir.

İqtisadi sahədə isə əsas məqsəd qarşılıqlı ticarət və investisiya imkanlarını artırmaq, yeni layihələr həyata keçirmək və hər iki ölkənin iqtisadi inkişafına töhfə verməkdir. Xüsusilə Orta Dəhlizin inkişafı, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, bərpaolunan enerji mənbələrindən istifadə və yaşıl maliyyə imkanları diqqət mərkəzindədir.

Bütün bunlar göstərir ki, Azərbaycan-Böyük Britaniya münasibətləri artıq yalnız dövlətlərarası siyasi əlaqələr çərçivəsində deyil, daha geniş sahələri əhatə edən əməkdaşlıq modeli əsasında inkişaf edir. Burada iqtisadiyyatla yanaşı, elm, təhsil, texnologiya, təhlükəsizlik və insanlar arasında qarşılıqlı əlaqələr də mühüm yer tutur. Birgə Bəyannamədə strateji tərəfdaşlığın gedişini qiymətləndirmək, görülən işləri nəzərdən keçirmək və gələcək prioritetləri müəyyənləşdirmək məqsədilə hər il görüşlərin keçirilməsi də nəzərdə tutulub. Bu isə sənəddə əks olunan razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsi üçün mühüm mexanizmdir.

 

Zərdab rayon Gəlmə kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Rasif Qaçayev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki