image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-1

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında ikitərəfli münasibətlər

image-legitimaz-810x90

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında ikitərəfli münasibətlər

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında münasibətlər qarşılıqlı hörmətə, siyasi dialoqa və ortaq maraqlara əsaslanaraq inkişaf edir. 1992-ci ildə diplomatik münasibətlərin qurulmasından etibarən tərəflər siyasi, iqtisadi, enerji, təhsil və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərirlər. Siyasi əməkdaşlıq çərçivəsində tərəflər yüksək səviyyəli qarşılıqlı səfərlərin, müntəzəm məsləhətləşmələrin və beynəlxalq platformalarda dialoqun davam etdirilməsinə əhəmiyyət verirlər. Dövlətlərin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörmət, regional təhlükəsizlik və Cənubi Qafqazda davamlı sülhün təşviqi ikitərəfli gündəliyin mühüm istiqamətlərindəndir. Bu baxımdan 2026-cı il noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən  “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə  imzalanmışdır.

İki ölkə arasında iqtisadi və enerji əməkdaşlığı münasibətlərin əsas prioritetlərindən birini təşkil edir. Britaniya şirkətlərinin Azərbaycan iqtisadiyyatında iştirakı, investisiya imkanlarının genişləndirilməsi, enerji təhlükəsizliyi və bərpaolunan enerji sahəsində birgə fəaliyyət qarşılıqlı iqtisadi əlaqələrin inkişafına töhfə verir.  Təhsil, elm və innovasiya sahələrində tərəfdaşlığın dərinləşdirilməsi insan kapitalının inkişafı və iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə ali və peşə təhsili, rəqəmsal bacarıqlar, elmi tədqiqatlar, süni intellekt və qabaqcıl texnologiyalar üzrə təcrübə mübadiləsinin, universitetlər və tədqiqat institutları arasında əlaqələrin genişləndirilməsi təşviq olunur. Humanitar və mədəni əlaqələrin inkişafı, tələbə və mütəxəssis mübadiləsi, akademik əməkdaşlıq və vətəndaş cəmiyyətləri arasında təmasların artırılması iki ölkə xalqları arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə xidmət edir.

Rəqəmsal transformasiya, innovativ sahibkarlıq və müasir texnologiyaların tətbiqi sahələrində əməkdaşlığın genişləndirilməsini də əsas prioritetlərdən biridir. Xüsusilə, rəqəmsal idarəetmə, informasiya texnologiyaları və texnoloji innovasiyalar üzrə bilik və təcrübə mübadiləsinin artırılması yeni iqtisadi imkanların yaradılması baxımından əhəmiyyətlidir.

Ətraf mühitin mühafizəsi, iqlim dəyişmələri ilə mübarizə və dayanıqlı inkişaf sahələrində əməkdaşlıq da ikitərəfli münasibətlərin perspektiv istiqamətlərindəndir. Bərpaolunan enerji mənbələrinin inkişafı, enerji səmərəliliyi və yaşıl texnologiyaların tətbiqi üzrə birgə təşəbbüslərin təşviqi tərəflərin ortaq maraqlarına uyğundur. Bununla yanaşı, müdafiə və təhlükəsizlik, kibertəhlükəsizlik, mütəşəkkil cinayətkarlıqla mübarizə və beynəlxalq təhlükəsizlik məsələləri üzrə dialoqun davam etdirilməsinə önəm məsələlərdəndir. Müvafiq dövlət qurumları arasında əlaqələrin və institusional əməkdaşlığın inkişafı qarşılıqlı etimadın möhkəmləndirilməsinə xidmət edir.

Ümumilikdə, Azərbaycan və Böyük Britaniya mövcud tərəfdaşlıq potensialından səmərəli istifadə etməklə siyasi dialoqun davam etdirilməsinə, iqtisadi əlaqələrin şaxələndirilməsinə, enerji və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsinə, eləcə də humanitar münasibətlərin inkişafına xüsusi önəm verirlər.

 

Çinarə Pirməmmədova- Zərdab rayon Hüseynxanlı kənd körpələr evi-uşaq bağçasının müdiri

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki