Rusiyanın Ukraynaya qarşı müharibədə qələbə qazanması beynəlxalq aləmdə təhlükəli pretsedent yaradardı.
Xeberaz.info xəbər verir ki, bu barədə Almaniyanın Xarici İşlər naziri Yohan Vadeful bəyan edib.
Almaniyalı diplomat ölkəsinin beynəlxalq hüquq prinsiplərinə sadiq olduğunu vurğulayıb:
“Əgər biz Rusiyanın beynəlxalq hüququn bütün prinsiplərini pozan bu işğalçılıq müharibəsində qələbə qazanmasına icazə versəydik, bu, təhlükəli bir pretsedent yaradardı və heç kim bunun harada dayana biləcəyini bilməzdi. Biz haqlı tərəfdəyik. Biz hücuma məruz qalanların tərəfindəyik. Biz qanunun tərəfindəyik”,- deyə Almaniyanın XİN rəhbəri bildirib.


























