image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-ses

Tərəflərin anlaşdıqları məsələlər

image-legitimaz-810x90

Tərəflərin anlaşdıqları məsələlər:

 

Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığının mühüm istiqamətlərindən biri iqtisadiyyat, ticarət və investisiya sahələridir. Müasir dövrdə iqtisadi güc dövlətlərin beynəlxalq mövqeyinə təsir edən əsas amillərdən biri olduğundan, iqtisadi əlaqələrin şaxələndirilməsi və qarşılıqlı investisiyaların təşviqi xüsusi əhəmiyyət kəsb edir. Birgə Bəyannamədə dayanıqlı və inklüziv iqtisadi artımın təmin edilməsi, açıq ticarətin inkişafı, biznes əlaqələrinin genişləndirilməsi və yeni investisiya imkanlarının yaradılması əsas prioritetlər kimi müəyyənləşdirilib. Xüsusilə bərpaolunan enerji, infrastruktur, xidmətlər və digər perspektivli sahələrdə uzunmüddətli kommersiya tərəfdaşlıqlarının qurulması nəzərdə tutulur. Bu əməkdaşlıq Azərbaycanın qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, yeni iş yerlərinin yaradılması və müasir texnologiyaların ölkəmizə cəlb edilməsi baxımından əhəmiyyətli imkanlar yarada bilər. Eyni zamanda, bizneslərarası əlaqələrin gücləndirilməsi hər iki ölkənin sahibkarları üçün yeni bazarlara çıxış imkanlarını genişləndirə bilər. Sənəddə xüsusi diqqət çəkən məsələlərdən biri Orta Dəhlizin inkişafıdır. Azərbaycan coğrafi mövqeyinə görə Avropa ilə Asiya arasında mühüm nəqliyyat və logistika qovşaqlarından biridir. Şərq-Qərb istiqamətində yükdaşımaların genişləndirilməsi, nəqliyyat infrastrukturunun müasirləşdirilməsi və tranzit imkanlarının artırılması ölkəmizin regional iqtisadi əhəmiyyətini daha da yüksəldir. Orta Dəhlizin inkişafı təkcə Azərbaycanın deyil, bütövlükdə region ölkələrinin iqtisadi maraqlarına xidmət edir. Bu marşrutun səmərəliliyinin artırılması beynəlxalq ticarətin asanlaşdırılması, logistika xərclərinin optimallaşdırılması və yeni iqtisadi əməkdaşlıq imkanlarının yaranması baxımından əhəmiyyətlidir. Böyük Britaniya ilə bu sahədə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın beynəlxalq nəqliyyat və logistika sistemində mövqeyinin möhkəmlənməsinə əlavə imkanlar yarada bilər. Azərbaycan uzun illərdir beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş kimi çıxış edir. Ölkəmizin zəngin enerji resursları, əlverişli coğrafi mövqeyi və inkişaf etmiş enerji infrastrukturu Avropanın enerji təchizatında Azərbaycanın rolunu artırıb. Lakin müasir dünyanın enerji siyasəti yalnız ənənəvi enerji resursları ilə məhdudlaşmır. İqlim dəyişiklikləri, ekoloji təhlükəsizlik və karbon emissiyalarının azaldılması məsələləri bərpaolunan enerji mənbələrinin inkişafını zəruri edir. Birgə Bəyannamədə təmiz enerji keçidi, yaşıl maliyyələşdirmə, aşağı karbonlu texnologiyalar və bərpaolunan enerji sahəsində əməkdaşlığa xüsusi yer ayrılması bu baxımdan mühüm əhəmiyyət daşıyır. Bu əməkdaşlıq Azərbaycanın günəş və külək enerjisi potensialından daha səmərəli istifadə etməsinə, müasir texnologiyaların tətbiqinə və enerji sektorunda yeni investisiya imkanlarının yaranmasına şərait yarada bilər.

 

Veteran müəllim Etibar Niftəliyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki