image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-c8ffaa64-bb27-42b7-a9a2-57e2491e56b9

AĞDAMIN YENİ İNKİŞAF VƏ TƏRƏQQİ DÖVRÜ!

image-legitimaz-810x90

AĞDAMIN YENİ İNKİŞAF VƏ TƏRƏQQİ DÖVRÜ!

Bu gün Qarabağda baş verən tarixi dəyişikliklərin ən parlaq nümunələrindən biri Ağdamdır. Bir vaxtlar işğalın ağır nəticələri ilə üzləşmiş, yaşayış məntəqələri və mədəni irsi dağıdılmış bu şəhər indi müasir şəhərsalmanın, iqtisadi dirçəlişin, sosial infrastrukturun yenilənməsinin və Böyük Qayıdışın mühüm mərkəzinə çevrilir. 20 Noyabr – Ağdam Şəhəri Günü münasibətilə şəhərin keçdiyi inkişaf yoluna nəzər salmaq, görülən işləri dəyərləndirmək və qarşıda duran hədəfləri müəyyənləşdirmək xüsusi əhəmiyyət daşıyır. Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Cənab Prezident İlham Əliyevin bu fikirləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi bərpa və quruculuq siyasətinin mahiyyətini ifadə edir. Bu gün Ağdamda aparılan genişmiqyaslı işlər həmin qətiyyətin, dövlətimizin iqtisadi imkanlarının və xalqımızın doğma torpaqlarına qayıdış əzminin əməli nəticəsidir. 20 noyabr – Ağdam Şəhəri Günü xalqımızın yaddaşında xüsusi yer tutur. Bu tarix yalnız şəhərin işğaldan azad edilməsinin ildönümü deyil, həm də tarixi ədalətin bərpasını, doğma yurd həsrəti ilə yaşayan insanların qayıdış ümidinin gerçəkləşməsini və Qarabağda yeni həyatın başlanmasını ifadə edir. Ağdamın keçdiyi ağır yol, onun yenidən qurulması istiqamətində görülən işlər Azərbaycanın müstəqillik tarixinin mühüm səhifələrindəndir.
Ağdamın hərbi əməliyyatlar aparılmadan geri qaytarılması Zəfərimizin mühüm siyasi nəticələrindən biri idi. Bu hadisə uzun illər doğma torpaqlarından ayrı düşmüş ağdamlılar üçün qayıdış ümidini reallığa çevirdi, şəhərin gələcək dirçəlişi üçün yeni imkanlar yaratdı. Cənab Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə noyabrın 20-si Ağdam Şəhəri Günü elan edildi. Bu qərar şəhərin azad olunmasının tarixi əhəmiyyətini bir daha təsdiqləməklə yanaşı, Ağdamın milli yaddaşımızdakı yerini və gələcək inkişaf perspektivlərini də ön plana çıxardı. Bu gün Ağdamda baş verən dəyişikliklər Azərbaycanın Zəfərdən sonra qarşıya qoyduğu quruculuq və inkişaf məqsədlərinin ardıcıl şəkildə reallaşdırıldığını göstərir. Şəhərin bərpası dağıntıların aradan qaldırılmasından daha geniş məna daşıyır. Bu, tarixi ədalətin bərpası, insanların doğma torpaqlarına qayıdışı, iqtisadi həyatın canlanması və mədəni irsin qorunması prosesidir. Ağdamın gələcək inkişafı üçün yaradılan imkanlar onun Qarabağın mühüm iqtisadi, mədəni və sosial mərkəzlərindən birinə çevriləcəyinə əsas verir. Müasir şəhər infrastrukturu, sənaye və aqrar layihələr, nəqliyyat əlaqələri, sosial obyektlər və mədəni məkanlar bu perspektivin gerçəkləşməsinə xidmət edir. Əminəm ki, Ağdamın yenidən qurulması və sakinlərinin doğma yurda qayıdışı gələcək nəsillər üçün də mühüm tarixi təcrübə olacaq. Bu şəhərin hər bir küçəsi, hər bir yaşayış məhəlləsi və hər bir yeni müəssisəsi xalqımızın torpağa bağlılığını, dövlətimizin gücünü və milli həmrəyliyimizi nümayiş etdirir. İnanıram ki, qədim Ağdamımızın yenidən qurulması Qarabağın inkişafına, ölkəmizin iqtisadi və mədəni həyatına mühüm töhfələr verəcək. 20 Noyabr – Ağdam Şəhəri Günü bizə həm keçmişi unutmamağı, həm şəhidlərimizin xatirəsini ehtiramla yad etməyi, həm də qazanılmış Zəfərin məsuliyyətini dərk etməyi xatırladır. Ağdamın yaraları sağaldıqca, küçələrində həyat canlandıqca, mədəni irsi bərpa olunduqca bu şəhər təkcə öz tarixini deyil, bütöv Azərbaycanın yenilməzliyini də yaşadır.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının mühasibi
Qalib Nağıyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki