image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1750860296_

Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı

image-legitimaz-810x90

Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı.

Dövlətin qüdrətini şərtləndirən amillər sırasında iqtisadi yüksəliş və güclü ordu daha böyük rol oynayır. Ölkəmiz iqtisadi və siyasi nailiyyətlərlə yanaşı, ordu quruculuğunda da böyük uğurlar qazanıb. Azərbaycan Ordusunun Cənubi Qafqazın ən güclü ordusu olduğunu dünya dövlətləri də etiraf edir. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik tarixində özünəməxsus rolu və miras qoyduğu yeni milli dəyərləri ilə tarixləşdi. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Əlahiddə Azərbaycan Korpusu yaradılmışdı. Müsəlman Korpusunun adının dəyişdirilməsi və Əlahiddə Azərbaycan Korpusu adlandırılması milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım olmuşdu.  Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlməsi ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında yeni inkişaf mərhələsinin başlanğıcı oldu. Həmin dövrdə respublikanın müxtəlif sahələrində olduğu kimi, hərbi sahədə də mühüm islahatlar həyata keçirildi. Xüsusilə milli hərbi kadrların hazırlanması məsələsi dövlət siyasətinin vacib istiqamətlərindən birinə çevrildi.O, illərdə azərbaycanlı gənclərin hərbi təhsil müəssisələrinə qəbulunda müəyyən çətinliklər mövcud idi və milli zabit kadrlarının sayı kifayət qədər deyildi. Heydər Əliyev bu problemin gələcəkdə ölkənin təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıdığını nəzərə alaraq hərbi təhsilin inkişafına xüsusi diqqət ayırdı. Onun təşəbbüsü ilə gənclərin hərbi peşələrə marağının artırılması, onların hərbi məktəblərə hazırlanması və müxtəlif ixtisaslar üzrə təhsil almaları üçün geniş imkanlar yaradıldı. Bu istiqamətdə atılan ən mühüm addımlardan biri 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması oldu. Həmin təhsil ocağı sonrakı illərdə minlərlə gəncin hərbi biliklərə yiyələnməsinə və peşəkar zabit kimi yetişməsinə şərait yaratdı. Məktəbin məzunları həm sovet dövründə, həm də Azərbaycanın müstəqillik illərində Silahlı Qüvvələrin formalaşmasında mühüm rol oynadılar. Eyni zamanda, yüzlərlə azərbaycanlı gənc keçmiş Sovet İttifaqının müxtəlif nüfuzlu ali hərbi məktəblərinə göndərildi. Onlar burada müasir hərb elmini mənimsəyərək yüksək ixtisaslı zabitlər kimi yetişdilər. Sonradan həmin kadrlar müstəqil Azərbaycanın ordu quruculuğunda mühüm xidmətlər göstərdilər və ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə öz töhfələrini verdilər. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində formalaşdırılan hərbi kadr potensialı Azərbaycan dövlətinin ən mühüm strateji nailiyyətlərindən biri hesab olunur. Bu siyasətin nəticələri müstəqillik dövründə daha aydın şəkildə özünü göstərmiş, güclü və peşəkar Azərbaycan Ordusunun formalaşmasına möhkəm zəmin yaratmışdır. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi uğurların təməlində də məhz həmin dövrdə əsası qoyulmuş hərbi kadr hazırlığı siyasəti dayanır.

 

 

 

İlqar İsayev – Zərdab Gənclər evi SXM-in direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki