image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1750860296_

Ulu Öndər Heydər Əliyev Ordu haqqında

image-legitimaz-810x90

Ulu Öndər Heydər Əliyev Ordu haqqında

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğuna da xüsusi önəm vermişdir. Ulu Öndər hər zaman vurğulayırdı ki, müstəqil dövlətin mövcudluğu və inkişafı güclü ordudan keçir. Məhz buna görə də onun rəhbərliyi dövründə Azərbaycan Silahlı Qüvvələrinin formalaşdırılması, möhkəmləndirilməsi və peşəkar orduya çevrilməsi istiqamətində mühüm addımlar atılmışdır.

Heydər Əliyev ordunu yalnız hərbi qüvvə kimi deyil, dövlətin və xalqın təhlükəsizliyinin, milli birliyinin və müstəqilliyinin əsas təminatçısı kimi qiymətləndirirdi. Onun “Ordu mövzusu, ordunun yaranması, formalaşması bizim bütün həyatımızda əsas mövzulardan biri olmalıdır, gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır…” fikri bu sahəyə verdiyi əhəmiyyətin parlaq ifadəsidir. Bu sözlər göstərir ki, güclü ordu yalnız hərbi texnika və silahlarla deyil, vətənpərvər ruhda böyüyən gənclərlə formalaşır.

Ulu Öndərin ordu siyasətinin əsas istiqamətlərindən biri xalqla ordunun vəhdətinin təmin olunması idi. O hesab edirdi ki, ordu xalqdan ayrı deyil, xalqın özüdür. “Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir” fikri bu baxışın mahiyyətini əks etdirir. Xalqın dəstəyini qazanan ordu daha güclü, daha döyüşkən və daha əzmkar olur. Eyni zamanda, xalq da öz təhlükəsizliyini etibarlı əllərdə görərək dövlətə olan inamını möhkəmləndirir.

1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan Ordusunda vahid komandanlıq sistemi yaradıldı, nizami hərbi hissələrin formalaşdırılması sürətləndirildi, hərbi intizam gücləndirildi və peşəkar kadr hazırlığına xüsusi diqqət yetirildi. Atılan bu addımlar sonrakı illərdə Azərbaycan Silahlı Qüvvələrinin inkişafı üçün möhkəm təməl yaratdı.

Bu gün Azərbaycan Ordusunun qazandığı uğurlar, onun regionun ən güclü ordularından birinə çevrilməsi Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin uğurlu nəticəsidir. Xalq–ordu birliyi, vətənpərvərlik ruhu və dövlətə sədaqət prinsipləri bu gün də ordu quruculuğunun əsas dayaqları olaraq qalır.

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Ulu Öndər Heydər Əliyevin ordu haqqında söylədiyi fikirlər bir daha öz aktuallığını göstərir. Bu ideyalar müasir Azərbaycan Ordusunun inkişafında yolgöstərən prinsip kimi yaşayır və gələcək nəsillərin vətənpərvər ruhda yetişməsinə xidmət edir.

 

 

Zərdab rayon Gəlmə kənd sakini                         Rəqsanə Səfərəliyeva

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki