image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images

Türkiyə və Azərbaycan kimi iki ölkəyə veriləcək mesaj yalnız dostluq və qardaşlıqdır

image-legitimaz-810x90

Türkiyə və Azərbaycan kimi iki ölkəyə veriləcək mesaj yalnız dostluq və qardaşlıqdır

Azərbaycan ilə Türkiyə arasında münasibətlər tarix, dil, din, mədəniyyət və ortaq milli-mənəvi dəyərlər üzərində formalaşmış strateji müttəfiqlik modelidir. Bu münasibətlər klassik dövlətlərarası əməkdaşlıq çərçivəsini aşaraq, beynəlxalq münasibətlər sistemində nadir rast gəlinən qardaşlıq və qarşılıqlı etimad nümunəsinə çevrilmişdir. Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi “Türkiyə və Azərbaycan kimi iki ölkəyə veriləcək mesaj yalnız dostluq və qardaşlıqdır” fikri məhz bu münasibətlərin mahiyyətini və dəyişməz xarakterini ifadə edir. Bu yanaşma təsdiqləyir ki, Azərbaycan-Türkiyə əlaqələrinin əsasını siyasi maraqlardan daha çox ortaq tarix, qarşılıqlı dəstək və xalqların sarsılmaz birliyi təşkil edir. Azərbaycan və Türkiyə bütün mühüm regional və beynəlxalq məsələlərdə bir-birinin suverenliyini, ərazi bütövlüyünü və milli maraqlarını ardıcıl şəkildə dəstəkləyir. Bu qarşılıqlı dəstək təkcə siyasi bəyanatlarla məhdudlaşmır, iqtisadiyyat, enerji, nəqliyyat, müdafiə sənayesi, təhlükəsizlik, humanitar əməkdaşlıq, təhsil və mədəniyyət sahələrində həyata keçirilən çoxsaylı birgə layihələrdə öz real ifadəsini tapır. İki ölkə arasında formalaşmış yüksək etimad mühiti regional sabitliyin möhkəmləndirilməsinə və Türk dünyasında inteqrasiya proseslərinin sürətlənməsinə mühüm töhfə verir. Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının hüquqi və siyasi əsasları xüsusilə Şuşa Bəyannaməsinin imzalanmasından sonra yeni mərhələyə qədəm qoymuşdur. Bu sənəd iki qardaş dövlət arasında münasibətləri müttəfiqlik səviyyəsinə yüksəltmiş, təhlükəsizlik, müdafiə və xarici siyasət sahələrində əməkdaşlığın institusional əsaslarını daha da gücləndirmişdir. Bununla yanaşı, enerji layihələri, o cümlədən Cənub Qaz Dəhlizi, TANAP, Bakı–Tbilisi–Ceyhan və Bakı–Tbilisi–Qars kimi beynəlxalq əhəmiyyətli layihələr Azərbaycan və Türkiyənin regional və qlobal iqtisadi təhlükəsizlikdə oynadığı mühüm rolu aydın şəkildə nümayiş etdirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan və Türkiyəyə ünvanlanan istənilən mesajın əsasında qarşıdurma deyil, dostluq, qarşılıqlı hörmət və qardaşlıq dayanmalıdır. Bu yanaşma beynəlxalq münasibətlərdə konstruktiv əməkdaşlıq modelini təşviq edir və göstərir ki, iki dövlətin birliyi regionda sülhün, təhlükəsizliyin və davamlı inkişafın mühüm təminatçılarından biridir. Eyni zamanda, bu birlik xarici təsirlərdən asılı olmayan müstəqil siyasətin, qarşılıqlı etimadın və milli maraqların qorunmasının uğurlu nümunəsi kimi çıxış edir. Azərbaycan və Türkiyə arasında münasibətlərin gücü təkcə dövlət rəhbərlərinin siyasi iradəsində deyil, həm də xalqlar arasında mövcud olan dərin mənəvi bağlılıqda özünü göstərir. “Bir millət, iki dövlət” prinsipi artıq ideoloji şüar olmaqdan çıxaraq, konkret siyasi, iqtisadi və humanitar əməkdaşlıq mexanizmləri ilə möhkəmləndirilmiş strateji reallığa çevrilmişdir. Bu model beynəlxalq münasibətlərdə etibarlı tərəfdaşlığın, qarşılıqlı dəstəyin və ortaq məsuliyyətin uğurlu nümunəsi kimi qiymətləndirilir. Prezident İlham Əliyevin “Türkiyə və Azərbaycan kimi iki ölkəyə veriləcək mesaj yalnız dostluq və qardaşlıqdır” fikri iki qardaş dövlət arasında mövcud olan strateji müttəfiqliyin, siyasi həmrəyliyin və sarsılmaz birliyin mahiyyətini dolğun şəkildə ifadə edir. Bu münasibətlər regionda sülhün, sabitliyin və əməkdaşlığın möhkəmlənməsinə xidmət etməklə yanaşı, Türk dünyasının birliyinin gücləndirilməsində və beynəlxalq münasibətlər sistemində qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq modelinin inkişafında mühüm rol oynayır.

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi -Alagöz Namazova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki