Türk Dövlətləri Təşkilatı beynəlxalq arenadakı mövqeyinin möhkəmləndirilməsi üçün öz potensialından maksimum istifadə edir
TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır. Bu da təxminən iyirmiillik fəaliyyətindən, təşkilatın yaradıldığı 2009-cu ildə Naxçıvanda keçirilmiş tarixi Zirvə görüşündən sonra Türk Dövlətləri Təşkilatı mühüm məsələlərin həlli və üzv ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafı, həmçinin təşkilatın beynəlxalq arenadakı mövqeyinin müəyyənləşdirilməsi və möhkəmləndirilməsi üçün öz potensialından maksimum istifadə etməsi ilə əlaqədardır. “Ölkələrimizin potensialı kifayət qədər böyükdür və güclənməkdə davam edir. Ölkəmiz çox geniş coğrafi məkanda yerləşir. Ərazimizdən bu gün təkcə ölkələrimiz üçün deyil, daha geniş coğrafiya üçün də mühüm rol oynayan ən vacib enerji və nəqliyyat yolları, dəhlizlər keçir.
TDT-yə daxil olan bütün ölkələr birgə səylə çalışmalıdır ki, bu təşkilat beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın. Bu gün dünya üçün mühüm əhəmiyyət daşıyan bütün məsələlər bizim coğrafiyamızda baş verir. Buna görə də təşkilatın nüfuzunu, onun beynəlxalq proseslərə təsir etmək imkanlarını artırmaq üçün bu potensialdan maksimum istifadə etmək, o cümlədən beynəlxalq hüquq müstəvisindən təsir göstərmək, beynəlxalq hüququn üstünlüyünü qorumaq və beynəlxalq hüququn uzun illər ərzində pozulmasına imkan verməmək lazımdır.
Xatırladaq ki, Türk Dövlətləri Təşkilatının əsası 2009-cu ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən qoyulub. 2019-cu ildə Özbəkistanın tamhüquqlu üzv olması ilə təşkilatın coğrafiyası və potensialı daha da genişlənib. Müşahidəçi statusunda isə Macarıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti bu qurumun işində iştirak edirlər. Yeri gəlmişkən, bu ölkələr Azərbaycanın Qarabağ uğrundakı haqq işini həmişə dəstəkləyiblər. Onlar bu gün də işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasında və bərpasında ölkəmizə yardım göstərirlər. Füzulidə Özbəkistan tərəfindən Mirzə Uluqbəy adına məktəb, Qazaxıstan tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Ağdamda Qırğızıstan tərəfindən Manas adına məktəb tikilib istifadəyə verilib. Xankəndidə Özbəkistanın dəstəyi ilə böyük tikiş fabriki fəaliyyətə başlayıb. Türkmən qardaşlarımız isə Füzuli məscid inşa edirlər. Bütün bunlar Azərbaycana dost ölkələrin hədiyyələridir.
Bu gün ölkələrimizin potensialı kifayət qədər böyükdür və güclənməkdə davam edir. Biz çox geniş coğrafi məkanda yerləşirik. Ərazimizdən bu gün təkcə ölkələrimiz üçün deyil, daha geniş coğrafiya üçün də mühüm rol oynayan ən vacib enerji və nəqliyyat yolları, dəhlizlər keçir. TDT regionunun qərbində və şərqində də təşkilatımızın və onun beynəlxalq məsələlərdə, o cümlədən bağlantılar, nəqliyyat təhlükəsizliyi, enerji təhlükəsizliyi və ümumilikdə təhlükəsizliklə bağlı məsələlərdə müsbət rolunun güclənməsini böyük maraqla izləyirlər.
Aygün Mirzəyeva- Zərdab rayon Qoruqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri























