image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images

Torpaqlardan səmərəli istifadə məsələsi

image-legitimaz-810x90

Torpaqlardan səmərəli istifadə məsələsi.

Azərbaycanın kənd təsərrüfatının inkişafında torpaq əsas sərvətlərdən biri hesab olunur. Əhalinin ərzaqla təmin olunması, kənd təsərrüfatı məhsullarının artırılması və regionların inkişafı torpaqdan düzgün və səmərəli istifadə ilə birbaşa bağlıdır. Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanı torpaqlardan səmərəli istifadə məsələsinə xüsusi diqqət yetirməsi də bu sahənin nə qədər vacib olduğunu göstərir. Dövlət başçısı müşavirədə bildirib ki, istifadəsiz qalan torpaqların əkin dövriyyəsinə qaytarılması, torpaq ehtiyatlarının qorunması və məhsuldarlığın artırılması əsas vəzifələrdən biridir. Prezident vurğulayıb ki, hər bir qarış torpaqdan düzgün istifadə olunmalıdır. Çünki torpaq həm iqtisadi inkişaf, həm də ölkənin ərzaq təhlükəsizliyi üçün böyük əhəmiyyət daşıyır.

Son illərdə Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün mühüm addımlar atılıb. Yeni suvarma sistemləri yaradılıb, kanallar çəkilib, torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılıb. Bu tədbirlər nəticəsində əvvəllər istifadəsiz qalan minlərlə hektar torpaq yenidən əkin üçün yararlı hala gətirilib. Fermerlərə göstərilən dövlət dəstəyi də torpaqlardan daha səmərəli istifadə olunmasına kömək edir. Torpaqdan düzgün istifadə məhsuldarlığın artmasına səbəb olur. Əgər torpaq vaxtında şumlanır, keyfiyyətli toxum səpilir və düzgün qulluq edilirsə, əldə olunan məhsul da bol olur. Bu isə həm fermerlərin gəlirlərini artırır, həm də bazarlarda yerli məhsulların çoxalmasına şərait yaradır. Yerli istehsalın artması ölkənin xaricdən asılılığını azaldır və ərzaq təhlükəsizliyini möhkəmləndirir.  Torpaqların qorunması da mühüm məsələlərdən biridir. Bəzi hallarda torpaqların uzun müddət istifadəsiz qalması və ya düzgün becərilməməsi onların keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Buna görə də torpaqların münbitliyinin qorunması üçün aqrotexniki qaydalara əməl olunmalıdır. Gübrələrdən düzgün istifadə, suvarmanın düzgün təşkili və torpağın eroziyadan qorunması vacib şərtlərdəndir.

Regionların inkişafı da torpaqdan səmərəli istifadəyə bağlıdır. Kənd yerlərində yaşayan insanların əsas gəlir mənbələrindən biri kənd təsərrüfatıdır. Torpaqlardan düzgün istifadə olunduqda yeni iş yerləri yaranır, insanların gəlirləri artır və kəndlərin inkişafı sürətlənir. Bu baxımdan dövlət tərəfindən həyata keçirilən proqramlar kənd təsərrüfatının inkişafına böyük dəstək verir. Müşavirədə səsləndirilən fikirlər göstərdi ki, Azərbaycanda kənd təsərrüfatının gələcək inkişafında torpaq məsələsi əsas istiqamətlərdən biri olacaq. Dövlət bu sahəyə xüsusi diqqət göstərir və torpaq ehtiyatlarından daha səmərəli istifadə üçün mühüm layihələr həyata keçirir.

 

Zərdab rayon Hüseynxanlı kənd ümumi orta mümtəhsil məktəbinin müəllimi-Əfsun Nuriyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki