Tarixi nailiyyətə imza atmış Müzəffər Ali Baş Komandan
Azərbaycan xalqının çoxəsrlik tarixində 2020-ci il Vətən müharibəsi xüsusi yer tutur. Bu şanlı Zəfərin əldə edilməsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, uzaqgörən siyasəti və güclü iradəsi həlledici rol oynadı. 27 sentyabr 2020-ci ildə Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq başlanan əks-hücum əməliyyatı Azərbaycan xalqının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoydu və ölkəmizin ərazi bütövlüyünün bərpası ilə nəticələndi. 44 gün davam edən Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan İlham Əliyev həm cəbhədə gedən hərbi əməliyyatlara uğurla rəhbərlik etdi, həm də beynəlxalq müstəvidə Azərbaycanın haqq səsini dünyaya çatdırdı. Onun qətiyyətli çıxışları, diplomatik məharəti və düzgün strategiyası Azərbaycanın mövqeyini daha da gücləndirdi. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu bir addım belə geri çəkilmədən irəlilədi, düşmənin müdafiə xəttini yararaq mühüm strateji yüksəklikləri və yaşayış məntəqələrini azad etdi.
Müharibə zamanı Azərbaycan Ordusu böyük qəhrəmanlıq göstərərək 5 şəhəri, 4 qəsəbəni və 300-ə yaxın kəndi işğaldan azad etdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərinin azad edilməsi tarixi əhəmiyyət daşıyan hadisələr oldu. Xüsusilə Şuşanın azad olunması müharibənin taleyini həll edən əsas amillərdən biri kimi tarixə düşdü. Şuşa Zəfəri Azərbaycan xalqının milli qürurunu bərpa etdi və düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu böyük Qələbə nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, beynəlxalq hüququn norma və prinsipləri təmin edildi. Bu Zəfər yalnız hərbi uğur deyil, həm də milli birliyin, xalq-iqtidar həmrəyliyinin və güclü dövlətçilik siyasətinin təntənəsi idi. Müharibə dövründə xalqın Ali Baş Komandanın ətrafında sıx birləşməsi Azərbaycanın gücünü və həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Bu gün Vətən müharibəsində qazanılmış Zəfər Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri kimi qiymətləndirilir. Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımızın yaddaşında torpaqlarımızı işğaldan azad edən, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin edən qalib sərkərdə kimi əbədi yer tutmuşdur. Onun rəhbərliyi altında qazanılmış tarixi Qələbə gələcək nəsillər üçün qürur mənbəyi olmaqla yanaşı, müstəqil Azərbaycan dövlətinin gücünü və qüdrətini bir daha təsdiqləmişdir.
Zərdab rayonu Otmanoba kənd sakini Əliyev Şahlar




















