image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-1

Strateji tərəfdaşlıqdan real nəticələrə: Slovakiya–Azərbaycan münasibətlərində yeni inkişaf mərhələsi

image-legitimaz-810x90

Strateji tərəfdaşlıqdan real nəticələrə: Slovakiya–Azərbaycan münasibətlərində yeni inkişaf mərhələsi

Azərbaycan ilə Slovakiya arasında münasibətlər son illərdə dinamik inkişaf edərək keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu inkişafın ən mühüm siyasi hadisələrindən biri 2024-cü ildə iki ölkə arasında Strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin imzalanması oldu. Həmin sənəd təkcə diplomatik münasibətlərin yeni hüquqi-siyasi çərçivəsini müəyyənləşdirmədi, eyni zamanda əməkdaşlığın gələcək istiqamətlərini də aydın şəkildə ortaya qoydu. Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin əhəmiyyəti onun yalnız siyasi niyyət sənədi olmaması ilə ölçülür. Əsas göstərici sənəddə nəzərdə tutulan müddəaların praktik müstəvidə həyata keçirilməsidir. Məhz bu baxımdan demək olar ki, bəyannamənin icrası artıq konkret nəticələrlə müşayiət olunur və bu proses göz önündədir. Son bir il ərzində Azərbaycan ilə Slovakiya arasında yüksək səviyyəli siyasi dialoq daha da intensivləşib. Dövlət və hökumət rəhbərlərinin qarşılıqlı təmasları, parlamentlərarası əməkdaşlığın genişlənməsi, hökumətlərarası əlaqələrin fəallaşması strateji tərəfdaşlığın kağız üzərində qalmadığını nümayiş etdirir. Bu dinamika iki ölkənin münasibətlərini yeni məzmunla zənginləşdirir.

Enerji sahəsi əməkdaşlığın əsas istiqamətlərindən biri olaraq qalır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu Slovakiya ilə əməkdaşlıq üçün də yeni imkanlar yaradır. Təbii qaz təchizatı, bərpaolunan enerji, xüsusilə yaşıl enerji sahəsində əməkdaşlıq perspektivləri strateji tərəfdaşlığın mühüm elementlərindən biridir. Bu istiqamətdə aparılan dialoq Birgə Bəyannamədə müəyyən edilmiş hədəflərin ardıcıl şəkildə həyata keçirildiyini göstərir. Nəqliyyat və logistika sahəsində də əməkdaşlıq genişlənir. Azərbaycanın təşəbbüsü ilə inkişaf etdirilən Orta Dəhliz və digər beynəlxalq nəqliyyat marşrutları Avropa ilə Asiya arasında yeni iqtisadi imkanlar yaradır. Slovakiyanın bu proseslərdə maraqlı tərəf kimi çıxış etməsi strateji tərəfdaşlığın iqtisadi ölçüsünü daha da gücləndirir. Beynəlxalq müstəvidə də Azərbaycan və Slovakiya arasında dialoq genişlənir. Hər iki ölkə beynəlxalq hüququn prinsiplərinə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında əməkdaşlığı dəstəkləyir. Regional təhlükəsizlik, enerji təhlükəsizliyi və davamlı inkişaf məsələləri üzrə aparılan məsləhətləşmələr strateji tərəfdaşlığın siyasi əhəmiyyətini daha da artırır. Bu gün artıq aydın görünür ki, 2024-cü ildə imzalanmış Strateji tərəfdaşlığa dair Birgə Bəyannamə Azərbaycan–Slovakiya münasibətlərində yeni mərhələnin başlanğıcı olub. Sənəddə əksini tapan hədəflərin ardıcıl şəkildə həyata keçirilməsi, siyasi dialoqun dərinləşməsi və əməkdaşlığın müxtəlif istiqamətlər üzrə genişlənməsi strateji tərəfdaşlığın real məzmun qazandığını təsdiqləyir.

Əsgərxan İsazadə – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki