image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17846238434461561976_1200x630

Strateji tərəfdaşlığın yeni mərhələsi

image-legitimaz-810x90

Strateji tərəfdaşlığın yeni mərhələsi

 

Azərbaycan Prezidenti İlham Əliyevin 21 iyul 2026-cı il tarixində Almaniya Federativ Respublikasına rəsmi səfəri çərçivəsində imzalanmış sənədlər iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini nümayiş etdirən mühüm siyasi və iqtisadi hadisə kimi qiymətləndirilir. Səfər zamanı imzalanmış “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə” münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyən edən fundamental sənəd olmaqla yanaşı, qarşılıqlı etimada əsaslanan əməkdaşlığın institusional əsaslarını daha da möhkəmləndirmişdir.

Strateji gündəliyin qəbul edilməsi Azərbaycan və Almaniyanın əməkdaşlığı yalnız mövcud sahələrlə məhdudlaşdırmaq niyyətində olmadığını, eyni zamanda regional və qlobal çağırışlara uyğun yeni əməkdaşlıq mexanizmləri formalaşdırmaq əzmində olduğunu göstərir. Bu sənəd siyasi dialoqun intensivləşdirilməsi, iqtisadi-ticarət münasibətlərinin genişləndirilməsi, enerji təhlükəsizliyi, nəqliyyat-logistika əlaqələri, rəqəmsal transformasiya, innovasiya, elm, təhsil və ekoloji davamlılıq kimi istiqamətlərdə uzunmüddətli əməkdaşlıq üçün strateji çərçivə yaradır. Bununla yanaşı, tərəflərin beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsiplərinə sadiqliyini bir daha təsdiqləməsi sənədin siyasi əhəmiyyətini daha da artırır.

Səfər çərçivəsində imzalanmış digər mühüm sənəd – Azərbaycan–Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə isə iqtisadi əməkdaşlığın institusional əsaslarının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Yeni yaradılan Biznes Şurası dövlət və özəl sektor arasında əlaqələrin gücləndirilməsi, sahibkarlar arasında birbaşa əməkdaşlıq platformasının formalaşdırılması, investisiya layihələrinin təşviqi və qarşılıqlı biznes təşəbbüslərinin dəstəklənməsi istiqamətində mühüm rol oynayacaqdır. Bu mexanizm iqtisadi tərəfdaşlığın daha sistemli şəkildə inkişaf etdirilməsinə, investisiya mühitinin yaxşılaşdırılmasına və innovativ layihələrin həyata keçirilməsinə əlavə stimul verəcəkdir.

Xüsusilə Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma proqramları Almaniya şirkətləri üçün yeni əməkdaşlıq imkanları açır. Yaşıl enerji, ağıllı şəhər və kənd konsepsiyaları, rəqəmsal texnologiyalar, sənaye və logistika sahələrində Almaniyanın qabaqcıl təcrübəsinin Azərbaycanda tətbiqi hər iki ölkənin iqtisadi maraqlarına cavab verən perspektivli istiqamətlər hesab olunur. Biznes Şurası məhz bu potensialın reallaşdırılmasına xidmət edən mühüm əlaqələndirici platforma kimi çıxış edəcəkdir.

Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri zamanı imzalanmış sənədlər Azərbaycan–Almaniya münasibətlərinin gələcək inkişafının hüquqi və siyasi əsaslarını daha da möhkəmləndirmiş, strateji tərəfdaşlığın institusional mexanizmlərini genişləndirmişdir. Bu sənədlər yalnız ikitərəfli əlaqələrin dərinləşməsinə deyil, həm də Avropa ilə Cənubi Qafqaz arasında iqtisadi, enerji və nəqliyyat əməkdaşlığının inkişafına töhfə verməklə regional sabitlik, qarşılıqlı etimad və dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsinə xidmət edən mühüm siyasi sənədlər kimi əhəmiyyət kəsb edir.

 

Yaşar Nuriyev – Zərdab rayonu Alıcanlı kənd sakini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki