image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-ilham-eliyev-sovet-dovrunde-azerbaycanda-kambocali-telebelerin-tehsil-almasi-enenesini-berpa-etmek-lazimdir-1791794974

Sovet İttifaqı dövründə yüzlərlə kambocalı tələbə Azərbaycanda təhsil almışdır

image-legitimaz-810x90

Sovet İttifaqı dövründə yüzlərlə kambocalı tələbə Azərbaycanda təhsil almışdır

Azərbaycan ilə Kamboca Krallığı arasında münasibətlər çoxtərəfli beynəlxalq platformalarda sıx tərəfdaşlıq və son dövrlərdə daha da intensivləşən ikitərəfli əməkdaşlıq çərçivəsində ardıcıl inkişaf etməkdədir. İki ölkə arasında rəsmi diplomatik əlaqələrin əsası 1994-cü il dekabrın 28-də qoyulub.

Azərbaycan ilə Kamboca arasında humanitar əlaqələrin inkişafında təhsil sahəsində əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir. Tarixi təcrübə göstərir ki, xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi və dostluq münasibətlərinin inkişafı üçün təhsil sahəsində qurulan əlaqələr mühüm rol oynayır. Sovet İttifaqı dövründə yüzlərlə kambocalı tələbənin Azərbaycanda təhsil alması iki ölkə arasında formalaşmış humanitar münasibətlərin əhəmiyyətli səhifələrindən biridir. Bu təcrübə qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün mövcud olan potensialı nümayiş etdirir.

Hesab olunur  ki, həmin müsbət ənənənin müasir dövrün tələblərinə uyğun şəkildə bərpa edilməsi və inkişaf etdirilməsi məqsədəuyğundur. Azərbaycan və Kamboca arasında tələbə mübadiləsinin genişləndirilməsi, ali təhsil müəssisələri arasında əməkdaşlığın qurulması, birgə təhsil proqramlarının və akademik təşəbbüslərin təşviqi qarşılıqlı münasibətlərin daha da möhkəmlənməsinə xidmət edə bilər. Gənclərin digər ölkənin təhsil sistemi, mədəniyyəti və ictimai həyatı ilə yaxından tanış olması xalqlarımız arasında qarşılıqlı etimadın artırılmasına və uzunmüddətli dostluq əlaqələrinin formalaşmasına mühüm töhfə verəcəkdir. Bu baxımdan, hər iki ölkədə qarşılıqlı təhsil imkanlarının yaradılması və mövcud əməkdaşlıq mexanizmlərinin genişləndirilməsi perspektivli istiqamət kimi nəzərdən keçirilməlidir.

Bununla yanaşı, Azərbaycan-Kamboca əməkdaşlığının gündəliyində nəqliyyat və rəqəmsal transformasiya kimi strateji əhəmiyyət daşıyan sahələr də xüsusi yer tutur. Müasir dövrdə nəqliyyat əlaqələrinin inkişafı ölkələr arasında iqtisadi münasibətlərin intensivləşdirilməsi, ticarət imkanlarının genişləndirilməsi və biznes subyektləri arasında əlaqələrin asanlaşdırılması baxımından mühüm amildir. Rəqəmsal transformasiya isə dövlət idarəçiliyinin təkmilləşdirilməsi, innovasiyaların tətbiqi və iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması üçün geniş imkanlar yaradır.

Bu istiqamətlərdə təcrübə mübadiləsinin aparılması, müvafiq qurumlar arasında birbaşa əlaqələrin qurulması və qarşılıqlı maraq doğuran layihələrin müəyyənləşdirilməsi əməkdaşlığın praktiki məzmununu zənginləşdirə bilər. Təhsil, nəqliyyat və rəqəmsal inkişaf sahələrində əlaqələrin paralel şəkildə genişləndirilməsi Azərbaycan ilə Kamboca arasında tərəfdaşlığın daha əhatəli xarakter almasına, xalqlarımız arasında təmasların artmasına və ikitərəfli münasibətlərin uzunmüddətli perspektivdə möhkəmlənməsinə şərait yaradacaqdır.

 

 

Zülfiyyə Əhmədova- Zərdab şəhər 3 saylı tam orta ümumtəhsil məktəbinin direktoru

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki