image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-1

Son illərdə Azərbaycanda onlarla yeni hərbi hissə, qərargah, təlim mərkəzi və hərbi şəhərcik istifadəyə verilmişdir

image-legitimaz-810x90

Son illərdə Azərbaycanda onlarla yeni hərbi hissə, qərargah, təlim mərkəzi və hərbi şəhərcik istifadəyə verilmişdir

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşıda duran ən vacib vəzifələrdən biri güclü milli ordunun yaradılması olmuşdur. Çünki hər bir müstəqil dövlətin təhlükəsizliyinin, ərazi bütövlüyünün və suverenliyinin qorunması ilk növbədə onun Silahlı Qüvvələrinin gücündən asılıdır. Məhz buna görə də ölkəmizdə ordu quruculuğu daim dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilmişdir.

Azərbaycan Ordusunun formalaşdırılması və inkişafında Ümummilli Lider Heydər Əliyev müstəsna rol oynamışdır. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkədə mövcud olan siyasi və hərbi böhranı aradan qaldıraraq nizami ordunun yaradılması istiqamətində mühüm addımlar atmışdır. Məhz həmin dövrdə ordu quruculuğu sistemli xarakter almış, hərbi hissələrdə vahid komandanlıq prinsipi tətbiq edilmiş, peşəkar hərbi kadrların hazırlanmasına xüsusi diqqət yetirilmişdir.

Ulu Öndərin müəyyən etdiyi hərbi inkişaf strategiyası sonrakı illərdə də uğurla davam etdirilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ordu quruculuğuna xüsusi diqqət göstərilməsi nəticəsində Azərbaycan Ordusu keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Dövlət büdcəsindən müdafiə sahəsinə ayrılan vəsaitin artırılması, müasir silah və texnikaların alınması, hərbi infrastrukturun yenilənməsi ordunun döyüş qabiliyyətinin əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olmuşdur.

Son illərdə Azərbaycanda onlarla yeni hərbi hissə, qərargah, təlim mərkəzi və hərbi şəhərcik istifadəyə verilmişdir. Əsgər və zabitlərin xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülmüş, müasir standartlara cavab verən yaşayış binaları və sosial obyektlər tikilmişdir. Hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi də dövlət siyasətinin əsas istiqamətlərindən biri olmuşdur.

Ordu quruculuğu sahəsində əldə edilən mühüm nailiyyətlərdən biri də peşəkar kadr potensialının formalaşdırılmasıdır. Hərbi təhsil sisteminin inkişaf etdirilməsi, xarici ölkələrin qabaqcıl hərbi məktəbləri ilə əməkdaşlığın genişləndirilməsi, zabitlərin bilik və bacarıqlarının artırılması Azərbaycan Ordusunun peşəkarlıq səviyyəsini yüksəltmişdir. Bu gün Azərbaycan zabitləri müasir döyüş taktikalarına və texnologiyalarına dərindən yiyələnirlər.

 

Fərid Qurbanov – Zərdab rayonu, Təzəkənd kənd sakini, fəal gənc

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki