image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1777113318_8bd04569e1304a9280ed6c037a47f479

SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir

image-legitimaz-810x90

SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir.

Aprelin 25-də cənab Prezident İlham Əliyev ilə Prezident Volodimir Zelenski arasında Bakıda keçirilən görüş Azərbaycan–Ukrayna münasibətlərinin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Görüş zamanı tərəflər iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm məsələləri müzakirə ediblər. Xüsusilə regional təhlükəsizlik, enerji resurslarının səmərəli istifadəsi və qarşılıqlı sərmayə imkanları diqqət mərkəzində olub.

Son illərdə Azərbaycan və Ukrayna arasında münasibətlər dinamik inkişaf edir. Hər iki ölkə beynəlxalq platformalarda bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Bu baxımdan, liderlərin görüşü yalnız ikitərəfli əlaqələrin möhkəmləndirilməsi deyil, həm də regional əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətlidir. Görüş çərçivəsində əldə olunan razılaşmaların gələcəkdə konkret layihələrə çevriləcəyi gözlənilir. Energetika sahəsi xüsusi olaraq müzakirə edilən istiqamətlərdən biri olub. Azərbaycanın enerji resursları və Ukraynanın tranzit imkanları birgə layihələr üçün geniş perspektivlər açır. Bu sahədə əməkdaşlıq yalnız iqtisadi deyil, həm də strateji baxımdan tərəflərə əlavə üstünlüklər qazandırır. SOCAR-ın Ukraynada fəaliyyəti bu əməkdaşlığın artıq mövcud olan uğurlu nümunələrindən biridir. Cənab Prezident İlham Əliyev mətbuata bəyanatı zamanı qeyd edib:
“Müzakirə olunan məsələlər arasında siyasi dialoqdan başqa, xüsusilə energetika sahəsində əməkdaşlığı qeyd etmək istərdim. Burada həm əldə edilmiş nailiyyətlər var, – SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, – eyni zamanda, çox gözəl perspektivlər, birgə layihələr var. Birgə təşəbbüslər, o cümlədən sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir. Təbii ki, ticarət dövriyyəsinin bundan sonra da artırılması məsələləri də gündəliyin mərkəzindədir. Bizim ticarət dövriyyəmiz yarım milyard dolları ötüb. Amma ümid edirəm ki, növbəti illərdə bu rəqəm daha da böyüyəcək. Çünki buna da böyük imkanlar var”.

Bu fikirlərdən də göründüyü kimi, tərəflər iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Xüsusilə ticarət dövriyyəsinin artırılması və qarşılıqlı investisiyaların təşviqi gələcək planların əsas istiqamətlərindəndir.

 

Babək Mikayılov – Zərdab Peşə liseyinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki