image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17840091475676753857_1200x630

Slovakiya–Azərbaycan münasibətləri strateji tərəfdaşlığın yeni mərhələsində

image-legitimaz-810x90

Slovakiya–Azərbaycan münasibətləri strateji tərəfdaşlığın yeni mərhələsində

 

Şuşada keçirilən yüksək səviyyəli görüş bir daha göstərdi ki, Slovakiya ilə Azərbaycan arasında siyasi münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri zamanı iyulun 14-də verdiyi bəyanatda vurğuladığı kimi, iki ölkə arasında siyasi əlaqələr çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bu münasibətlərin dinamik inkişafının ən aydın göstəricilərindən biridir.

Dövlət başçısının diqqətə çatdırdığı əsas məqamlardan biri 2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamənin əhəmiyyəti oldu. Bu sənəd Azərbaycan və Slovakiya arasında əməkdaşlığın yalnız siyasi dialoqla məhdudlaşmadığını, iqtisadiyyat, energetika, nəqliyyat, investisiya və digər sahələrdə də konkret nəticələrə hesablandığını nümayiş etdirir. Prezident İlham Əliyev qeyd edib ki, sənədin icrası artıq göz önündədir və əldə olunan nəticələr tərəflərin götürdükləri öhdəliklərə sadiqliyini təsdiqləyir.

Şuşadan səslənən mesajlar onu da göstərdi ki, Bakı və Bratislava münasibətlərini uzunmüddətli strateji əməkdaşlıq prinsipləri üzərində qurur. Son illərdə dövlət başçıları və hökumət nümayəndələri arasında intensiv qarşılıqlı səfərlər, aparılan müntəzəm siyasi məsləhətləşmələr və müxtəlif istiqamətlər üzrə həyata keçirilən layihələr əlaqələrin davamlı inkişafına mühüm töhfə verir.

Prezident İlham Əliyev vurğulayıb ki, belə fəal siyasi təmaslar və birgə layihələrin uğurla həyata keçirilməsi güclü siyasi iradə tələb edir. Məhz bu iradə sayəsində iki ölkə arasında əməkdaşlıq formal münasibətlər çərçivəsindən çıxaraq real nəticələr verən tərəfdaşlığa çevrilib. Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin praktiki müstəvidə həyata keçirilməsi də bunun bariz nümunəsidir.

Azərbaycan və Slovakiya Avropa ilə Cənubi Qafqaz arasında əməkdaşlığın genişlənməsində qarşılıqlı maraqlara malik ölkələr kimi enerji təhlükəsizliyi, yaşıl enerji, nəqliyyat dəhlizləri və iqtisadi əlaqələrin inkişafı istiqamətində əməkdaşlığı daha da gücləndirmək niyyətindədir. Bu baxımdan Prezident Peter Pelleqrinin Azərbaycana səfəri və Şuşada keçirilən görüşlər münasibətlərin gələcək inkişafı üçün yeni imkanlar açır.

Şuşadan verilən bəyanat bir daha təsdiqlədi ki, Azərbaycan və Slovakiya arasında qarşılıqlı etimada əsaslanan siyasi dialoq davamlı şəkildə inkişaf edir. Strateji tərəfdaşlığın möhkəmlənməsi, yüksək səviyyəli qarşılıqlı səfərlər və ortaq layihələrin uğurla həyata keçirilməsi iki ölkənin münasibətlərinin gələcəkdə daha da genişlənəcəyinə dair nikbin gözləntiləri artırır. Bu isə həm ikitərəfli əməkdaşlığın, həm də regional və beynəlxalq platformalarda qarşılıqlı fəaliyyətin daha da güclənməsinə xidmət edəcək.

 

 

Aqil Mehdiyev – Zərdab rayonu Alıcanlı kənd sakini

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki