image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17840091471806127175_1200x630

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

image-legitimaz-810x90

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir.

 

Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən biri müxtəlif dövlətlərlə qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri əsasında əlaqələrin inkişaf etdirilməsidir. Avropa ölkələri ilə münasibətlərin genişlənməsi bu siyasətin əsas istiqamətlərindən birini təşkil edir. Slovakiya Respublikası ilə Azərbaycan arasında son illərdə inkişaf edən əlaqələr də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri və iyulun 14-də Şuşada Prezident cənab İlham Əliyevlə görüşü iki ölkə arasında münasibətlərin inkişaf dinamikasını bir daha nümayiş etdirdi. Şuşa kimi Azərbaycanın tarixi və mədəni əhəmiyyətə malik şəhərində keçirilən görüş siyasi baxımdan mühüm rəmzi məna daşıyır. Bu məkan həm Azərbaycanın bərpa və quruculuq siyasətini, həm də yeni əməkdaşlıq imkanlarını nümayiş etdirən ünvan kimi xüsusi əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev görüş zamanı Azərbaycan–Slovakiya münasibətlərinin inkişafından məmnunluğunu ifadə edərək, iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə uğurla davam etdiyini vurğuladı. Dövlət başçısının qeyd etdiyi kimi, qarşılıqlı səfərlər və aparılan danışıqlar siyasi dialoqun möhkəmlənməsinə, iqtisadi əməkdaşlığın genişlənməsinə və yeni layihələrin həyata keçirilməsinə mühüm zəmin yaradır. Azərbaycan və Slovakiya arasında münasibətlər qarşılıqlı maraq və etimada əsaslanır. İki ölkə arasında iqtisadiyyat, energetika, nəqliyyat, sənaye, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr və Slovakiyanın Avropa İttifaqı məkanında tutduğu mövqe əlaqələrin inkişafı üçün əlavə imkanlar yaradır.

Prezident Peter Pelleqrinin Şuşaya səfəri də Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra bölgədə baş verən dəyişikliklərin beynəlxalq səviyyədə təqdim olunması baxımından əhəmiyyətlidir. Xarici dövlət rəhbərlərinin Qarabağa səfərləri Azərbaycanın sülh, inkişaf və əməkdaşlıq siyasətinin nümayişi kimi qiymətləndirilir. Müasir beynəlxalq münasibətlərdə dövlətlər arasında etibarlı tərəfdaşlıq böyük əhəmiyyət daşıyır. Azərbaycan–Slovakiya əlaqələrinin inkişafı da məhz qarşılıqlı faydaya, siyasi etimada və ortaq maraqlara əsaslanır. Hər iki ölkə beynəlxalq platformalarda əməkdaşlıq edir və müxtəlif sahələrdə əlaqələrin daha da genişləndirilməsi üçün imkanlar axtarır. Prezident İlham Əliyevin Şuşada verdiyi bəyanatlar bir daha göstərdi ki, Azərbaycan Avropa dövlətləri ilə münasibətlərinin inkişafına xüsusi önəm verir. Slovakiya ilə əlaqələrin uğurlu inkişafı isə ölkəmizin balanslaşdırılmış və çoxşaxəli xarici siyasətinin nəticələrindən biridir.

Bu gün Azərbaycan–Slovakiya münasibətləri yeni inkişaf mərhələsindədir. Qarşılıqlı səfərlər, siyasi dialoq və iqtisadi əməkdaşlıq gələcəkdə də bu əlaqələrin daha da möhkəmlənəcəyinə əsas verir. Şuşada keçirilən görüş isə iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafında mühüm hadisə kimi yadda qalır.

 

Zərdab rayon Gəlmə kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Rasif Qaçayev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki