image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-img_9693-1

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

image-legitimaz-810x90

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

 

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlər arasında qarşılıqlı etimada, bərabərhüquqlu əməkdaşlığa və ortaq maraqlara əsaslanan əlaqələrin qurulması xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi müstəqil və praqmatik xarici siyasət nəticəsində ölkəmiz dünyanın müxtəlif dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlığını davamlı şəkildə genişləndirir. Bu baxımdan Slovakiya ilə münasibətlərin inkişafı Azərbaycan diplomatiyasının mühüm uğurlarından biri kimi qiymətləndirilə bilər.

Prezident İlham Əliyevin də vurğuladığı kimi, Slovakiya ilə Azərbaycan arasında əlaqələr uğurla inkişaf edir və siyasi təmaslar artıq müntəzəm xarakter almışdır. Dövlət başçılarının qarşılıqlı səfərləri, yüksək səviyyəli görüşlər və aparılan səmərəli dialoq iki ölkə arasında dostluq münasibətlərini daha da möhkəmləndirir. Bu əməkdaşlıq yalnız siyasi sahə ilə məhdudlaşmır, iqtisadiyyat, energetika, nəqliyyat, sənaye, investisiya, müdafiə sənayesi, humanitar və mədəni əlaqələri də əhatə edir.

Azərbaycan ilə Slovakiya arasında siyasi dialoqun intensiv xarakter alması təsadüfi deyil. Hər iki ölkə beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edir, dövlətlərin suverenliyi və ərazi bütövlüyünün toxunulmazlığını dəstəkləyir. Bu ortaq yanaşma ikitərəfli münasibətlərin möhkəm siyasi təməl üzərində inkişaf etməsinə imkan yaradır.

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Azərbaycanın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırmışdır. Bu gün ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır, beynəlxalq nəqliyyat dəhlizlərinin əsas iştirakçılarından biri kimi çıxış edir və regional əməkdaşlıq təşəbbüslərinin müəllifidir. Slovakiya ilə münasibətlərin inkişafı da məhz bu uğurlu siyasətin mühüm nəticələrindən biridir. İki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi gündəliyin əsas istiqamətlərindən biridir. Qarşılıqlı investisiyaların artırılması, sənaye əməkdaşlığı, yüksək texnologiyalar, kənd təsərrüfatı və ticarət əlaqələrinin inkişafı üçün geniş imkanlar mövcuddur. Hər iki tərəf bu potensialdan səmərəli istifadə etmək əzmindədir. Son illərdə keçirilən biznes forumları və iqtisadi görüşlər də bunun əyani sübutudur. Energetika sahəsində əməkdaşlıq Slovakiya–Azərbaycan münasibətlərində xüsusi yer tutur. Azərbaycanın zəngin enerji resursları və Avropaya uzanan müasir enerji infrastrukturu Slovakiya üçün də mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin həyata keçirdiyi enerji strategiyası nəticəsində Azərbaycan etibarlı enerji tərəfdaşı kimi Avropada böyük etimad qazanmışdır. Bu, Slovakiya ilə əməkdaşlığın daha da genişlənməsi üçün əlverişli zəmin yaradır.
Nümayəndə heyətlərinin geniş tərkibdə görüşləri göstərir ki, əməkdaşlıq yalnız siyasi bəyanatlarla məhdudlaşmır. Müxtəlif dövlət qurumları, nazirliklər və aidiyyəti təşkilatlar arasında praktiki işlər həyata keçirilir, konkret layihələr üzərində işlənilir. Bu isə münasibətlərin davamlı və sistemli inkişaf etdiyini təsdiq edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, geniş nümayəndə heyətlərinin iştirakı iki ölkənin əməkdaşlığa verdiyi yüksək önəmin göstəricisidir. Humanitar və mədəni əlaqələrin inkişafı da xüsusi diqqət mərkəzindədir. Təhsil, elm, mədəniyyət və turizm sahələrində həyata keçirilən birgə layihələr xalqlar arasında qarşılıqlı anlaşmanın və dostluğun möhkəmlənməsinə xidmət edir. Xüsusilə gənclər arasında əlaqələrin genişləndirilməsi gələcək əməkdaşlığın daha da inkişaf etməsinə mühüm töhfə verir.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma layihələrində Slovakiya şirkətlərinin iştirakı da münasibətlərin yeni istiqamətlərindən biridir. Bu əməkdaşlıq iki ölkə arasında qarşılıqlı etimadın və tərəfdaşlığın praktik nəticəsi kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş, təşəbbüskar dövlət və regional lider kimi tanınır. Slovakiya ilə münasibətlərin dinamik inkişafı da bu uğurlu siyasətin mühüm nəticələrindən biridir. Qarşılıqlı hörmət, bərabərlik və ortaq maraqlara əsaslanan bu əlaqələr gələcək illərdə də yeni məzmun qazanacaq.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl xarici siyasət nəticəsində bu münasibətlər gündən-günə möhkəmlənir, əməkdaşlığın əhatə dairəsi genişlənir və iki ölkənin xalqlarının rifahına xidmət edən yeni layihələrin həyata keçirilməsi üçün əlverişli imkanlar yaranır.

 

Zərdab rayon Mədəniyyət Mərkəzinin direktoru Elyurə Məmmədova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki