image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1654072170_4a9b68296c17bf6d17577c8f6492acfd

Şərq-Qərb dəhlizi uğurla fəaliyyət göstərir

image-legitimaz-810x90

Şərq-Qərb dəhlizi uğurla fəaliyyət göstərir

Azərbaycanın Avrasiyanın vacib nəqliyyat qoşaqlarının birinə çevrilib artıq. Prezident cənab İlham Əliyev çıxışında diqqəti Azərbaycan dövlətinin dəmir yolu və avtomobil yolu infrastrukturuna qoyduğu sərmayələr sayəsində ölkəmizin yeni nəqliyyat dəhlizləri açmasına və qitələri bir-biri ilə əlaqələndirməsinə yönəltdi. Dövlət başçısı bildirdi ki, artıq Şərq-Qərb dəhlizi uğurla fəaliyyət göstərir. Şərq-Qərb dəhlizinin yeni qolu olacaq Zəngəzur dəhlizi də inşa ediləcək. Bu reallıq xüsusi qeyd edildi ki, bütün bu nailiyyətlər yüksəksəviyyəli diplomatik fəaliyyət nəticəsində mümkün olmuşdur. Çünki Azərbaycan dənizə birbaşa çıxışı olmayan ölkədir. Bizim dünya okeanlarına çıxışımız yoxdur. Bu səbəbdən enerji resurslarımızı ixrac etmək üçün digər ölkələrin ərazisindən keçmək zərurəti yaranır. Buna nail olmaq üçün isə yalnız qonşularınızla deyil, qonşularınızın qonşuları ilə də yaxşı münasibətlər qurmalısınız. Biz buna nail olmuşuq.

Bu gün dünyaya səs salan tarixi Zəfərimizdə də iqtisadi amilin xüsusi rola malik olduğunu bildirib. Qeyd edib ki, rəşadətli ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi, qüdrətinin artırılması üçün iqtisadi imkanlar əsasdır. Dövlət başçısı İlham Əliyev sözügedən çıxışında bu reallığa da diqqəti yönəldərək bildirdi ki, 30 il ərzində işğal altında qalmış torpaqlarımızı azad edən güclü ordu qurduq. Biz cəmi 44 gün ərzində Ermənistanı tamamilə məğlub və kapitulyasiya aktını imzalamağa məcbur etdik. Əlbəttə, müharibədə qələbə dedikdə, sadəcə, pul və hətta silahlar nəzərdə tutulmur. Söhbət döyüş ruhundan gedir: “Lakin gəlin etiraf edək, ordunu qurmaq üçün pulumuz olmasaydı, yəqin ki, bu gün hələ də torpaqlarımız işğal altında olardı. Beləliklə, Azərbaycanın inkişafı, – istər sosial, iqtisadi, hərbi, istərsə də xarici siyasət olsun, – bütün bunlar onu nümayiş etdirir ki, təbii sərvətlərdən düzgün istifadə olunan zaman onlar bir çox üstünlüklərə yol aça bilər.” Azərbaycanın enerji siyasəti uğurlarımızın davamlılığını şərtləndirir. Hər il ənənəvi olaraq keçirilən Bakı Enerji Həftəsi yeni əməkdaşlıqlara yol açır. İmzalanan sənədlər yeni tərəfdaşların, dostların qazanılmasını şərtləndirir. Prezident cənab İlham Əliyev bir daha bu əminliyi ifadə etdi ki, aparılan müzakirələr, təmaslar, yeni ideyalar və nəticəyönümlü planlar hamımız üçün faydalı olacaq.

 

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki