image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-07e2690256dfc0f366e8a3df7aec6bbf

Lənkəranda gənc oğlan anasının sevgilisini bıçaqladı

image-legitimaz-810x90

Lənkəranda bıçaqlanma hadisəsi olub.

Hadisə rayonun kəndlərindən birində qeydə alınıb.

İttiham aktına görə, 19 yaşlı Firuz Nəcəfov (şərti adla) yaşadıqları evdə anasının qeyri-rəsmi ər-arvad kimi yaşadığı Məmmədi (şərti adla) bıçaqlayıb. Buna səbəb Məmmədlə Firuzun anasının ayrılması, buna baxmayaraq, kişinin onların evinə barışmaq üçün gəlməsi olub.

Məmməd qadınla barışmaq istəsə də, qadın razılaşmayıb və ondan evi tərk etməsini istəyib. Bundan sonra onlar arasında mübahisə olub. Anasının pis olduğunu görən Firuz bıçaqla Məmmədin gicgahına zərbə vurub. Bu zaman Məmməd bıçağı əli ilə tutduğu üçün barmaqları da kəsilib.

Faktla bağlı Firuz Nəcəfov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi başlanıb.

Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu və zərərçəkənə vurduğu ziyanı ödədiyini bildirib. Zərərçəkən Məmməd də həmçinin Firuza qarşı şikayət və tələbinin olmadığını deyib.

Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və F. Nəcəfov məsuliyyətdən azad edilib.//Lent.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki