image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-2024_06_10_6666d84816dfc

Revanşist qüvvələrə vacib mesaj

image-legitimaz-810x90

Revanşist qüvvələrə vacib mesaj.

 

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətlərinin yeni mərhələyə yüksəlməsini təmin edən Şuşa Bəyannaməsinin imzalanması regionun siyasi və təhlükəsizlik arxitekturasında mühüm hadisə kimi qiymətləndirilir. Tarixi Şuşa şəhərində imzalanan bu sənəd iki qardaş ölkə arasında mövcud olan strateji tərəfdaşlığı müttəfiqlik səviyyəsinə yüksəltməklə yanaşı, Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edən mühüm hüquqi-siyasi baza formalaşdırıb.

Şuşa Bəyannaməsi siyasi, hərbi, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsini nəzərdə tutur. Sənəd tərəflərin milli maraqlarının qorunması, qarşılıqlı dəstəyin gücləndirilməsi və regional təhlükəsizlik məsələlərində birgə fəaliyyət mexanizmlərinin inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bəyannamədə əksini tapan müddəalar Azərbaycan-Türkiyə münasibətlərinin sarsılmaz xarakterini bir daha nümayiş etdirir.

Bəyannamə Ermənistandakı revanşist qüvvələrə mühüm ismarışdır. Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır.

Bu baxımdan, Şuşa Bəyannaməsi regionda yeni qarşıdurma və gərginlik yaratmağa çalışan dairələrə də ciddi xəbərdarlıq xarakteri daşıyır. Sənəd göstərir ki, Azərbaycan və Türkiyə yalnız siyasi bəyanatlarla deyil, konkret hüquqi öhdəliklər çərçivəsində də bir-birinin təhlükəsizliyinə və milli maraqlarına dəstək verməyə hazırdır. Bu isə bölgədə davamlı sülhün təmin olunmasına xidmət edən mühüm amillərdən biridir.

Şuşa Bəyannaməsinin imzalanmasından ötən dövr ərzində iki ölkə arasında əməkdaşlığın daha da dərinləşməsi sənədin praktik əhəmiyyətini təsdiqləyir. Birgə hərbi təlimlərin keçirilməsi, müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi, regional nəqliyyat və enerji layihələrinin həyata keçirilməsi müttəfiqlik münasibətlərinin real nəticələrini ortaya qoyur.

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının və strateji müttəfiqliyinin möhkəm təməl üzərində qurulduğunu təsdiqləyən tarixi sənəddir. Bu bəyannamə həm regionun gələcək inkişafına, həm də sülh və təhlükəsizlik mühitinin qorunmasına mühüm töhfə verməklə yanaşı, revanşist meyillərin heç bir perspektivə malik olmadığını da açıq şəkildə nümayiş etdirir.

 

Vüsalə Kərimova – Zərdab şəhər 1 saylı – məktəb liseyin direktoru

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki