image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-screenshot

Regionların İnkişafı və Kəndlərə Qayıdış Strategiyası

image-legitimaz-810x90

Regionların İnkişafı və Kəndlərə Qayıdış Strategiyası

Azərbaycanda həyata keçirilən regional inkişaf siyasəti ölkənin sosial-iqtisadi tərəqqisinin əsas istiqamətlərindən biri hesab olunur. Dövlət tərəfindən qəbul edilən proqramlar bölgələrin inkişafına, kənd təsərrüfatının gücləndirilməsinə və kənd əhalisinin rifahının yüksəldilməsinə mühüm töhfə vermişdir. Bu siyasətin əsas məqsədi kəndlə şəhər arasındakı fərqləri azaltmaq, bölgələrdə yaşayış üçün əlverişli şərait yaratmaq və insanların doğma torpaqlarında rahat yaşamalarını təmin etməkdir. Bu gün dünyada müşahidə olunan əsas problemlərdən biri genişmiqyaslı urbanizasiya, yəni kəndlərdən şəhərlərə axının artmasıdır. Bu tendensiya bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da müəyyən dərəcədə hiss olunur. İnsanlar daha yaxşı iş, təhsil və yaşayış imkanları üçün böyük şəhərlərə üz tuturlar. Lakin bu proses kəndlərin boşalmasına, kənd təsərrüfatının zəifləməsinə və bölgələrdə sosial-iqtisadi problemlərin yaranmasına səbəb ola bilər. Məhz buna görə də dövlət siyasətində əsas məqsədlərdən biri kəndlərdən şəhərlərə deyil, əksinə, şəhərlərdən kəndlərə qayıdış prosesini təmin etməkdir. Bunun üçün kəndlərdə müasir infrastruktur yaradılmalı, sosial xidmətlər yüksək səviyyədə təşkil olunmalı və yeni iqtisadi imkanlar formalaşdırılmalıdır. Son illərdə həyata keçirilən Regional İnkişaf Proqramları da məhz bu məqsədə xidmət edir.

Bu proqramlar çərçivəsində bölgələrdə yollar çəkilmiş, elektrik, qaz və su təminatı yaxşılaşdırılmış, internet və rabitə xidmətləri genişləndirilmişdir. Eyni zamanda kənd təsərrüfatının inkişafı üçün fermerlərə subsidiyalar ayrılmış, yeni aqroparklar yaradılmış və müasir texnologiyalar tətbiq olunmuşdur. Turizm potensialı olan bölgələrdə yeni turizm marşrutları, istirahət mərkəzləri və xidmət obyektləri fəaliyyətə başlamışdır.

Kəndlərdə xidmət sektorunun inkişaf etdirilməsi də xüsusi əhəmiyyət daşıyır. Təhsil, səhiyyə, ticarət və digər sosial xidmətlərin yüksək səviyyədə təşkili insanların bölgələrdə rahat və təhlükəsiz yaşamasına şərait yaradır. İnsanlar öz dədə-baba torpaqlarında yaşayaraq həm ənənəvi kənd təsərrüfatı ilə məşğul ola, həm də turizm və xidmət sahələrində fəaliyyət göstərə bilərlər. Regionların inkişafı və kəndlərə qayıdış strategiyası Azərbaycanın gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət tərəfindən həyata keçirilən proqramlar nəticəsində kəndlərin siması dəyişir, yeni imkanlar yaranır və insanların rifahı yüksəlir. Bu siyasət yalnız iqtisadi inkişafı deyil, həm də milli-mənəvi dəyərlərin, kənd həyatının və ənənələrin qorunmasını təmin edir.

Qocayev Rövşən – Zərdab şəhər sakini, fəal gənc-tələbə

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki