image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1783923592p5

Qonşu dövlətlərlə qarşılıqlı etimada söykənən münasibətlər

image-legitimaz-810x90

Qonşu dövlətlərlə qarşılıqlı etimada söykənən münasibətlər, iri nəqliyyat layihələrinin uğurla həyata keçirilməsi, enerji və logistika sahəsində çoxtərəfli əməkdaşlıq ölkəmizi Avrasiyanın əsas tranzit qovşaqlarından birinə çevirmişdir

 

Hazırda Azərbaycan Şərqdə yerləşən Mərkəzi Asiya dövlətləri ilə, Qərbdə isə Gürcüstan, Türkiyə və Avropa ölkələri ilə sıx nəqliyyat əməkdaşlığı həyata keçirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Şərq və Qərbdəki qonşularla – istər Mərkəzi Asiya ölkələri, istərsə də Gürcüstan, Türkiyə və Avropa kimi yaxın qonşularımızla qarşılıqlı fəaliyyət çox yaxşıdır.” Bu əməkdaşlıq yükdaşımaların həcminin artmasına, logistika xidmətlərinin keyfiyyətinin yüksəlməsinə və beynəlxalq ticarətin inkişafına mühüm töhfə verir.

Bununla yanaşı, tranzit dəhlizlərinin səmərəli fəaliyyəti yalnız yolların mövcudluğu ilə deyil, həm də onların idarə olunması, rəqəmsallaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi və koordinasiyanın gücləndirilməsi ilə bağlıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Bütün bunları bir araya gətirmək üçün bizə dəhlizi səmərəli edə biləcək bir çox addımları atmaq vacib idi.” Bu məqsədlə Azərbaycanda “vahid pəncərə” prinsipi tətbiq olunur, rəqəmsal logistika həlləri genişləndirilir, beynəlxalq standartlara uyğun idarəetmə mexanizmləri formalaşdırılır və tranzit xidmətlərinin keyfiyyəti daim təkmilləşdirilir.

Azərbaycanın beynəlxalq nəqliyyat və tranzit siyasəti uzunmüddətli strateji baxışa, regional əməkdaşlığa və müasir infrastrukturun yaradılmasına əsaslanır. Qonşu dövlətlərlə qarşılıqlı etimada söykənən münasibətlər, iri nəqliyyat layihələrinin uğurla həyata keçirilməsi, enerji və logistika sahəsində çoxtərəfli əməkdaşlıq ölkəmizi Avrasiyanın əsas tranzit qovşaqlarından birinə çevirmişdir. Müasir geosiyasi şəraitdə Azərbaycanın həyata keçirdiyi nəqliyyat siyasəti yalnız milli iqtisadiyyatın inkişafına deyil, həm də regional inteqrasiyanın möhkəmlənməsinə, beynəlxalq ticarətin genişlənməsinə və Avropa ilə Asiya arasında etibarlı əlaqələrin təmin edilməsinə mühüm töhfə verir. Qarşıdakı illərdə də bu strateji kursun davam etdirilməsi Azərbaycanın qlobal logistika sistemində mövqeyini daha da gücləndirəcək və ölkənin beynəlxalq əhəmiyyətini artıracaqdır.

 

Fuad Eyvazov – Məmmədqasımlı kənd sakini, sahibkar


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki