Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı və iqtisadi artımın şaxələndirilməsi əsas prioritetlərdən biri olaraq qalır. Son illərdə həyata keçirilən iqtisadi siyasət nəticəsində qeyri-neft sənayesinin genişləndirilməsi, yeni istehsal sahələrinin yaradılması və sahibkarlıq mühitinin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır.
Əgər ölkə iqtisadiyyatının ümumi inkişafına baxsaq görərik ki, artım templəri çox da böyük deyil. Bunun təbii səbəbləri var, ilk növbədə, təbii neft hasilatının aşağı düşməsi. Bizim əsas neft yatağımız “Azəri-Çıraq-Günəşli” artıq 30 ilə yaxındır istismardadır və təbii ki, obyektiv səbəblərə görə hasilatın düşmə templəri də var. Çalışırıq ki, bu templəri sabitləşdirək. Eyni zamanda, əminəm ki, yeni layihələr bundan sonra da Azərbaycanda neft hasilatını lazımi səviyyədə saxlayacaq və ümid edirəm, hətta artım da olacaq. Ancaq bu gün bizim ümumi iqtisadi inkişafımızın, ümumi daxili məhsulumuzun 1,2 faiz artmasının səbəbi budur. Bu, bizi narahat etməməlidir, çünki bundan daha vacib göstərici qeyri-neft sektorunun inkişafıdır. Burada da son 8 ayda, yəni bu ilin 8 ayında 5,4 faiz artım olmuşdur. Yəni qeyri-neft sənayesi sahəsində biz yaxşı nəticələr göstəririk və o cümlədən qəbul edilmiş proqramlar bu artımı daimi və uzunmüddətli edəcək.
Qeyri-neft sektorunda qeydə alınan artım iqtisadiyyatın daha dayanıqlı və şaxələndirilmiş model üzrə inkişaf etdiyini göstərən əsas göstəricilərdən biri kimi diqqət çəkir. Xüsusilə qeyri-neft sənayesində əldə olunan nəticələr yeni istehsal imkanlarının yaradılması və iqtisadi fəallığın artırılması baxımından əhəmiyyət daşıyır.
İqtisadiyyatın neft amilindən asılılığının tədricən azaldılması, qeyri-neft sahələrinin inkişafının sürətləndirilməsi və yeni investisiya imkanlarının yaradılması qarşıdakı dövr üçün də əsas istiqamətlər sırasında yer alır. Bu siyasətin davam etdirilməsi qeyri-neft sektorunda artımın daha uzunmüddətli xarakter almasına şərait yarada bilər.
Beləliklə, ümumi iqtisadi artım göstəricisi ilə yanaşı, onun strukturuna da xüsusi diqqət yetirilir. Qeyri-neft sektorunda 5,4 faizlik artımın qeydə alınması iqtisadiyyatın şaxələndirilməsi istiqamətində əldə olunan nəticələrin mühüm göstəricilərindən biri kimi qiymətləndirilir.
Qocayev Rövşən – Zərdab şəhər sakini, fəal gənc
























