Qardaş Özbəkistana səfərlərimdə məni ən çox sevindirən son illərdə ölkənin bütün sahələrdə sürətli inkişafıdır
Prezident İlham Əliyevin həyata keçirdiyi fəal diplomatiya Azərbaycan–Özbəkistan münasibətlərinin inkişafına mühüm töhfə verir. Dövlət başçısının Özbəkistanla əməkdaşlığa verdiyi xüsusi önəm nəticəsində iki ölkə arasında siyasi əlaqələr daha da intensivləşmiş, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli şərait yaradılmışdır. Eyni zamanda, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycanla münasibətlərin inkişafına verdiyi önəm qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsində mühüm rol oynayır. Yüksək səviyyəli siyasi münasibətlər iqtisadi əməkdaşlığın inkişafı üçün də möhkəm zəmin yaradır. Azərbaycan və Özbəkistan arasında ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi, sənaye sahəsində birgə layihələrin həyata keçirilməsi, nəqliyyat və logistika imkanlarından səmərəli istifadə olunması iki ölkənin qarşılıqlı iqtisadi maraqlarına xidmət edir. Hər iki dövlət mövcud iqtisadi potensialdan daha geniş istifadə edilməsində və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsində maraqlıdır. Nəqliyyat və logistika sahəsində əməkdaşlıq Azərbaycan–Özbəkistan münasibətlərinin mühüm istiqamətlərindən biridir. Azərbaycanın əlverişli coğrafi mövqeyi və beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirakı Özbəkistan üçün də yeni iqtisadi və tranzit imkanları yaradır. Orta Dəhlizin inkişafı, yükdaşımaların artırılması və region dövlətləri arasında nəqliyyat əlaqələrinin genişləndirilməsi hər iki ölkənin diqqət mərkəzində olan məsələlərdəndir. Bu əməkdaşlıq yalnız Azərbaycan və Özbəkistanın deyil, bütövlükdə regionun iqtisadi inkişafına və qarşılıqlı əlaqələrin genişlənməsinə xidmət edir.
Enerji, sənaye, kənd təsərrüfatı, investisiya, turizm və digər sahələr üzrə həyata keçirilən birgə layihələr də iki ölkə arasında münasibətlərin çoxşaxəli xarakter daşıdığını göstərir. Dövlətlər arasında siyasi etimadın yüksək səviyyədə olması işgüzar dairələr arasında əlaqələrin inkişafına, sahibkarların yeni imkanlardan faydalanmasına və qarşılıqlı sərmayələrin artmasına əlverişli şərait yaradır. Azərbaycan ilə Özbəkistan arasında humanitar və mədəni əlaqələr də xüsusi əhəmiyyət daşıyır. Xalqlarımızın ortaq türk tarixi, dili, mədəniyyəti və mənəvi dəyərləri dövlətlərarası münasibətlərin inkişafı üçün möhkəm mənəvi əsas yaradır. Mədəniyyət, təhsil, elm və gənclər sahəsində əməkdaşlığın genişlənməsi xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına, qardaşlıq münasibətlərinin gələcək nəsillər arasında da möhkəmlənməsinə xidmət edir. Azərbaycan–Özbəkistan münasibətlərinin mühüm istiqamətlərindən biri də işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması prosesində Özbəkistanın Azərbaycana göstərdiyi dostluq və qardaşlıq dəstəyidir. Bu, iki dövlət arasındakı münasibətlərin yalnız siyasi və iqtisadi maraqlara deyil, həm də səmimi dostluq, qarşılıqlı dəstək və qardaşlıq prinsiplərinə əsaslandığını nümayiş etdirir.
Qocayev Rövşən – Zərdab şəhər sakini, fəal gənc-tələbə























