Azərbaycan Respublikasının öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı yenidənqurma və bərpa işlərinə başlanılmışdır. Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi yalnız Azərbaycanın milli inkişaf prioritetlərindən biri deyil, eyni zamanda türk dünyasının həmrəyliyini və qardaşlığını nümayiş etdirən mühüm prosesdir. Bu baxımdan qardaş Türkmənistanın Azərbaycanın bərpa və quruculuq fəaliyyətinə verdiyi dəstək xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin “Qarabağın bərpasında köməyə görə Türkmənistana, əziz qardaşım Arkadağ Qurbanqulu Məlikquliyeviçə bir daha təşəkkürümü bildirmək istərdim” fikri iki ölkə arasında mövcud olan yüksək səviyyəli dostluq və qardaşlıq münasibətlərinin parlaq ifadəsidir. Azərbaycan və Türkmənistan xalqları ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlərlə bir-birinə bağlıdır. Müstəqillik illərində bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş, qarşılıqlı etimad və siyasi dialoq yeni əməkdaşlıq istiqamətlərinin formalaşmasına şərait yaratmışdır. Dövlət başçılarının qarşılıqlı səfərləri və yüksək səviyyəli görüşləri əlaqələrin daha da möhkəmlənməsinə xidmət etmişdir. Xüsusilə Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfərləri zamanı Qarabağda həyata keçirilən yenidənqurma işləri ilə yaxından tanış olması və bu prosesə dəstək göstərməsi qardaşlığın real təzahürü kimi qiymətləndirilir. Türkmənistanın Qarabağın bərpasına ən mühüm töhfələrindən biri Füzuli şəhərində məscid tikintisi təşəbbüsü olmuşdur. Prezident İlham Əliyevin bildirdiyi kimi, məscidin inşası ideyası Qurbanqulu Berdiməhəmmədov tərəfindən irəli sürülmüş, sonradan bu layihə iki qardaş xalq arasında dostluğun və mənəvi birliyin rəmzinə çevrilmişdir. Türk Dövlətləri Təşkilatının Zirvə görüşü çərçivəsində məscidin təməli qoyulmuşdur. Bu məscid yalnız dini ibadət məkanı deyil, həm də Türkmənistan xalqının Azərbaycan xalqına qardaşlıq hədiyyəsi və Qarabağın dirçəlişinə verilən mənəvi töhfə kimi qiymətləndirilir. Qarabağın bərpası prosesində Mərkəzi Asiya ölkələrinin, xüsusilə türk dövlətlərinin dəstəyi Azərbaycan tərəfindən yüksək qiymətləndirilir. Prezident İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə vurğulamışdır ki, Füzulidə fəaliyyət göstərən Kurmanqazı Uşaq Yaradıcılıq Mərkəzi, müxtəlif təhsil və mədəniyyət layihələri, eləcə də qardaş ölkələrin həyata keçirdiyi təşəbbüslər Azərbaycan xalqının yaddaşında həmrəylik nümunəsi kimi qalacaqdır. Türkmənistanın Füzulidə inşa etdiyi məscid də bu qardaşlıq salnaməsinin mühüm səhifələrindən biridir. Qurbanqulu Berdiməhəmmədovun Füzuli və Şuşaya səfərləri zamanı işğal dövründə törədilmiş dağıntılarla tanış olması, eyni zamanda aparılan yenidənqurma işlərini yüksək qiymətləndirməsi Azərbaycan-Türkmənistan münasibətlərinin yeni mərhələsinin göstəricisidir. Bu səfərlər zamanı Qarabağın gələcək inkişaf perspektivləri, şəhərlərin müasir standartlara uyğun qurulması, nəqliyyat və sosial infrastrukturun yaradılması barədə ətraflı məlumat verilmişdir. Füzulinin gələcəkdə regionun mühüm iqtisadi və logistika mərkəzlərindən birinə çevrilməsi istiqamətində görülən işlər Türkmənistan tərəfindən də böyük maraqla qarşılanmışdır. Bu gün Qarabağın yenidən qurulması prosesi təkcə infrastruktur layihələrinin həyata keçirilməsi deyil, həm də tarixi ədalətin bərpası, milli-mənəvi irsin dirçəldilməsi və türk dünyasının həmrəyliyinin nümayişidir. Füzulidə tikilən məscid Azərbaycan ilə Türkmənistan arasında qardaşlığın, qarşılıqlı hörmətin və mənəvi bağlılığın simvolu kimi gələcək nəsillərə xidmət edəcəkdir. Prezident İlham Əliyevin Türkmənistan rəhbərliyinə və şəxsən Arkadağ Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədova ünvanladığı təşəkkür sözləri də məhz bu qardaşlıq münasibətlərinin yüksək dəyərinin ifadəsidir. Qarabağın bərpasında göstərilən dəstək Azərbaycan xalqı tərəfindən minnətdarlıqla qarşıla
Zərdab rayon Nizami Gəncəvi adına Şəftəhal kənd tam orta ümumtəhsil məktəbin müəllimi Kərimova Ülviyyə Mayis qızı
























