image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17846265773342055435_1200x630

Prezident Trampın iştirakı və imzası ilə birgə bəyannamənin imzalanması faktiki olaraq otuz ildir davam edən münaqişəyə son qoydu

image-legitimaz-810x90

Prezident Trampın iştirakı və imzası ilə birgə bəyannamənin imzalanması faktiki olaraq otuz ildir davam edən münaqişəyə son qoydu

 

Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın iştirakı və imzası ilə qəbul edilmiş birgə bəyannaməyə verdiyi yüksək qiymət beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqeyinin daha da möhkəmləndiyini göstərən mühüm siyasi qiymətləndirmədir. Dövlət başçısının qeyd etdiyi kimi, ABŞ kimi qlobal gücün prosesdə birbaşa iştirakı və sənədin ən yüksək siyasi səviyyədə imzalanması regionda uzun illər davam etmiş qarşıdurmanın aradan qaldırılması istiqamətində beynəlxalq siyasi iradənin nümayişi kimi qiymətləndirilir. Bu hadisə təkcə Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqaz regionunda yeni təhlükəsizlik və əməkdaşlıq mühitinin formalaşmasına xidmət edən mühüm mərhələ hesab olunur. Otuz ilə yaxın davam edən münaqişə regionun iqtisadi inkişafına, nəqliyyat-kommunikasiya əlaqələrinin genişlənməsinə və regional əməkdaşlığın dərinləşməsinə ciddi maneələr yaratmışdı. Münaqişənin başa çatması ilə artıq regionda yeni geosiyasi reallıq yaranmış, sülh, əməkdaşlıq və iqtisadi inteqrasiya imkanları genişlənmişdir. ABŞ Prezidentinin iştirakı ilə imzalanan birgə bəyannamə bu yeni mərhələnin beynəlxalq səviyyədə dəstəkləndiyini nümayiş etdirərək regionun gələcək inkişafı üçün mühüm siyasi zəmanət rolunu oynayır. Bu sənəd eyni zamanda Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə verilən dəstəyin, ölkəmizin həyata keçirdiyi müstəqil xarici siyasətin və çoxtərəfli diplomatik fəaliyyətin uğurlu nəticəsi kimi qiymətləndirilə bilər. Azərbaycanın təşəbbüsü ilə formalaşan yeni regional əməkdaşlıq platformaları, nəqliyyat dəhlizləri, enerji layihələri və iqtisadi inteqrasiya prosesləri artıq beynəlxalq tərəfdaşlar tərəfindən dəstəklənən strateji istiqamətlərə çevrilmişdir. Birgə bəyannamə bu proseslərin daha sürətlə inkişaf etməsinə, regionda etimad mühitinin möhkəmlənməsinə və uzunmüddətli sabitliyin təmin olunmasına əlavə impuls verir. Prezident İlham Əliyevin bu hadisəyə verdiyi qiymət göstərir ki, beynəlxalq münasibətlərdə yüksək səviyyəli siyasi sənədlər təkcə diplomatik əhəmiyyət daşımır, həm də regionların gələcək inkişaf trayektoriyasını müəyyən edən mühüm strateji qərarlardır. ABŞ Prezidentinin iştirakı ilə imzalanmış birgə bəyannamə Azərbaycanın beynəlxalq nüfuzunun artmasının, ölkəmizin etibarlı tərəfdaş kimi qəbul edilməsinin və regional proseslərdə aparıcı rolunun daha da gücləndiyinin göstəricisidir. Bu sənəd gələcəkdə sülhün möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi, beynəlxalq investisiyaların cəlb olunması və Cənubi Qafqazın sabit inkişaf məkanına çevrilməsi baxımından mühüm siyasi və tarixi əhəmiyyət kəsb edir.

 

 

Zərdab rayon Nizami Gəncəvi adına Şəftəhal kənd tam orta ümumtəhsil məktəbin müəllimi  Kərimova Ülviyyə Mayis qızı

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki