image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17854820246435652732_1200x630

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri münasibətlərdə yeni tarixi mərhələ kimi dəyərləndirilir

image-legitimaz-810x90

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri münasibətlərdə yeni tarixi mərhələ kimi dəyərləndirilir

Azərbaycanın digər Mərkəzi Asiya ölkələri ilə münasibətləri də yüksək səviyyədə inkişaf edir. Belə ki, Azərbaycan ilə  Türkmənistan, eyni zamanda, Azərbaycanla Tacikistan  arasında strateji tərəfdaşlıq haqqında Bəyannamənin imzalanması region dövlətləri ilə əlaqələrin siyasi, hüquqi əsaslarının möhkəmləndirilməsinə mühüm töhfə verir. Bir sözlə,  Azərbaycan-Mərkəzi Asiya münasibətləri artıq ayrı-ayrı ikitərəfli əlaqələr çərçivəsindən çıxaraq çoxşaxəli və strateji xarakter daşıyan regional əməkdaşlıq modelinə çevrilir.

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri münasibətlərdə yeni tarixi mərhələ kimi dəyərləndirilir. Ümumilikdə Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə dərin tarixi və mədəni köklərə dayanan əlaqələri keyfiyyətcə yeni mərhələyə qədəm qoyur,  strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Siyasi əlaqələrin dərinləşməsi iqtisadi sahədə də yüksək dinamika ilə müşayiət olunur. Son dövrlərdə Azərbaycanın Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Qırğızıstan ilə ticarət dövriyyəsində çoxşaxəli və kəskin artım diqqətdədir. Azərbaycan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Orta Dəhliz çərçivəsində, həmçinin Ələt Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu kimi müasir infrastrukturu ilə Mərkəzi Asiya ölkələrinin Qərb bazarlarına çıxışı üçün əsas tranzit mərkəzinə çevrilib. Zəngəzur dəhlizinin açılması isə bu region ölkələrinin Türkiyə və Avropaya çıxış imkanlarını daha da genişləndirəcək. Prezident İlham Əliyevin səfəri çərçivəsində Qırğızıstanın Çolpon-Ata şəhərində Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirildi. Prezident İlham Əliyevin bu görüşdə iştirakı yalnız diplomatik hadisə deyil, həm də ölkəmizin bu region ilə formalaşdırdığı uzunmüddətli strateji tərəfdaşlıq xəttinin növbəti mühüm göstəricisi kimi qiymətləndirilə bilər. Azərbaycanın bu platformada tamhüquqlu iştirakı regional əməkdaşlıq formatının yeni məzmun qazanmasını, Xəzər hövzəsində və Orta Dəhliz boyunca siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin daha da dərinləşməsini şərtləndirən mühüm amillərdən biri kimi çıxış edir. Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının Məşvərət Görüşü son illərdə regionda formalaşan yeni geosiyasi reallıqlar fonunda strateji əhəmiyyət qazanan dialoq platformalarından biridir. Görüşün yekunu olaraq imzalanan Çolpon-Ata Bəyannaməsi tərəflərin ortaq siyasi iradəsini əks etdirən, əməkdaşlığın prioritet istiqamətlərini müəyyənləşdirən və gələcək qarşılıqlı fəaliyyətin əsas prinsiplərini təsbit edən mühüm siyasi sənəd kimi qiymətləndirilir.

Strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-Qırğızıstan münasibətləri Azərbaycan-Mərkəzi Asiya ölkələri əlaqələrinin inkişafında mühüm rol oynayır. Bu münasibətlər həm Azərbaycanın regionda mövqeyinin möhkəmlənməsinə, həm də Cənubi Qafqaz ilə Mərkəzi Asiya arasında daha sıx əməkdaşlıq məkanının formalaşmasına xidmət edir.

 

Fuad Eyvazov – Zərdab rayonu, Məmmədqasımlı kənd sakini, sahibkar


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki