image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1779120643_2a4cde7115ffaaedd5cc207a49b0ca03

Paytaxt Bakının son illərdə keçdiyi inkişaf yolu müasir şəhərsalma siyasətinin uğurlu nəticələrini əks etdirir

image-legitimaz-810x90

Paytaxt Bakının son illərdə keçdiyi inkişaf yolu müasir şəhərsalma siyasətinin uğurlu nəticələrini əks etdirir

Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) yalnız beynəlxalq urbanizasiya məsələlərinin müzakirə olunduğu platforma deyil, eyni zamanda Azərbaycanın müasir inkişaf modelinin, şəhərsalma siyasətinin və milli memarlıq ənənələrinin dünya ictimaiyyətinə təqdim edildiyi mühüm qlobal tədbir kimi tarixə düşür. Forum çərçivəsində səsləndirilən fikirlər, aparılan müzakirələr və təqdim olunan layihələr göstərir ki, Azərbaycan bu gün regionda və dünyada dayanıqlı şəhərsalma konsepsiyasını uğurla həyata keçirən ölkələrdən biridir. Prezident İlham Əliyevin forumdakı çıxışı isə ölkəmizin şəhərsalma strategiyasının əsas istiqamətlərini, milli inkişaf prioritetlərini və gələcəyə hesablanmış urbanizasiya siyasətini əhatə edən mühüm siyasi və strateji mesajlarla yadda qaldı.

Dünyanın 182 ölkəsindən 45 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 beynəlxalq əhəmiyyətinə görə BMT xətti ilə təşkil olunan ən mötəbər platformalardan biri hesab edilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu forum Azərbaycanda COP29-dan sonra keçirilən ikinci ən böyük beynəlxalq tədbirdir. Bu fakt ölkəmizin artıq beynəlxalq diplomatiyanın, qlobal dialoqun və beynəlxalq əməkdaşlığın mühüm mərkəzlərindən birinə çevrildiyini təsdiqləyir. Azərbaycanın belə mötəbər tədbirlərə ev sahibliyi etməsi yalnız ölkənin siyasi nüfuzunun deyil, həm də təhlükəsiz, sabit və inkişaf etmiş dövlət modelinin beynəlxalq səviyyədə qəbul olunduğunu göstərir.

Azərbaycanın coğrafi mövqeyi tarix boyu ölkənin iqtisadi, mədəni və memarlıq inkişafına mühüm təsir göstərib. Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların, mədəniyyətlərin və memarlıq məktəblərinin qovuşduğu məkan kimi formalaşıb. Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, bu xüsusiyyət Bakının simasında xüsusilə aydın şəkildə görünür. Bir tərəfdə minillik tarixə malik İçərişəhər, digər tərəfdə isə müasir göydələnlər, innovativ memarlıq layihələri və geniş infrastruktur obyektləri Azərbaycanın keçmişlə gələcək arasında yaratdığı harmoniyanı nümayiş etdirir.

Paytaxt Bakının son illərdə keçdiyi inkişaf yolu müasir şəhərsalma siyasətinin uğurlu nəticələrini əks etdirir. Vaxtilə yalnız üç kilometrlik ərazini əhatə edən Bakı bulvarının bu gün 15 kilometrdən artıq uzanması şəhərin sürətli inkişafının və insanların rahat yaşayışına yönəlmiş sosial siyasətin mühüm göstəricisidir. Yeni parkların salınması, ictimai məkanların yaradılması, nəqliyyat sisteminin modernləşdirilməsi və ekoloji layihələrin həyata keçirilməsi Bakını dünyanın müasir şəhərləri sırasında xüsusi mövqeyə çıxarıb.

Prezident İlham Əliyevin forum zamanı verdiyi mühüm mesajlardan biri də 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə bağlı oldu. Bu qərar dövlətin şəhərsalma və memarlıq sahəsinə xüsusi önəm verdiyini göstərir. BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlıq çərçivəsində Ağdam, Zəngilan və Xankəndidə milli şəhərsalma forumlarının keçirilməsi işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işlərinin beynəlxalq səviyyədə təqdim olunmasına geniş imkan yaradır. Bu tədbirlər həm də Azərbaycanın postmünaqişə dövründə tətbiq etdiyi inkişaf modelinin dünya üçün nümunə xarakteri daşıdığını göstərir.

 

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki