image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1787482568164657311_1200x630

Özbəkistanın dinamik inkişafı və Azərbaycan–Özbəkistan qardaşlıq münasibətləri

image-legitimaz-810x90

Özbəkistanın dinamik inkişafı və Azərbaycan–Özbəkistan qardaşlıq münasibətləri

Azərbaycan ilə Özbəkistan arasında tarixi köklərə, qarşılıqlı hörmətə və möhkəm dostluq münasibətlərinə əsaslanan əlaqələr son illərdə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. İki qardaş ölkə arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişlənməsi xalqlarımız arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirir.

Özbəkistanın paytaxtı Daşkənddə müşahidə olunan sürətli inkişaf və genişmiqyaslı quruculuq işləri ölkənin əldə etdiyi mühüm nailiyyətlərin əyani göstəricisidir. Müasir şəhər infrastrukturu, yeni sosial və iqtisadi layihələr, abadlıq-quruculuq işləri, eləcə də müxtəlif sahələrdə həyata keçirilən islahatlar Özbəkistanın davamlı inkişaf yolunda inamla irəlilədiyini göstərir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana səfərləri zamanı qeyd etdiyi kimi, Daşkənd və bütövlükdə Özbəkistan hazırda mühüm yüksəliş dövrünü yaşayır. Bu inkişafı yalnız iri layihələrdə deyil, gündəlik həyatın müxtəlif sahələrində, şəhərlərin müasir simasında və sosial-iqtisadi tərəqqidə də müşahidə etmək mümkündür. Özbəkistanın əldə etdiyi bu uğurlar ölkənin böyük potensialının səmərəli şəkildə reallaşdırıldığını göstərir.

Bu baxımdan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin həyata keçirdiyi məqsədyönlü siyasət xüsusi əhəmiyyət daşıyır. Ölkənin iqtisadi potensialının gücləndirilməsi, investisiya imkanlarının artırılması, sosial rifahın yüksəldilməsi və Özbəkistanın beynəlxalq arenadakı mövqeyinin daha da möhkəmləndirilməsi istiqamətində görülən işlər ölkənin inkişafında mühüm rol oynayır.

Azərbaycan və Özbəkistan arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsi də bu ümumi tərəqqi fonunda xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçıları arasında mövcud olan qarşılıqlı etimad və dostluq münasibətləri iki ölkə arasında əməkdaşlığın bütün istiqamətlər üzrə genişlənməsinə möhkəm zəmin yaradır. Ticarət-iqtisadi əlaqələrin inkişafı, investisiya layihələrinin həyata keçirilməsi, nəqliyyat və logistika imkanlarının genişləndirilməsi, mədəni-humanitar əlaqələrin dərinləşdirilməsi xalqlarımızın ümumi maraqlarına xidmət edir.

Azərbaycan və Özbəkistanı birləşdirən tarixi, milli və mənəvi dəyərlər ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsi üçün mühüm əsasdır. Qarşılıqlı səfərlər, keçirilən görüşlər və imzalanan sənədlər iki qardaş ölkənin strateji tərəfdaşlığının yeni məzmunla zənginləşdiyini göstərir.

Bu gün Daşkəndin müasir və sürətlə inkişaf edən siması Özbəkistanın qarşısına qoyduğu məqsədlərə doğru inamla irəlilədiyinin bariz nümunəsidir. Özbəkistanın qazandığı uğurlar yalnız bu ölkənin deyil, bütövlükdə regionun inkişafı və sabitliyi baxımından da böyük əhəmiyyət daşıyır.

Azərbaycan xalqı Özbəkistanın və qardaş özbək xalqının uğurlarını səmimi qəlbdən alqışlayır. Əminliklə demək olar ki, Azərbaycan–Özbəkistan münasibətləri bundan sonra da qarşılıqlı etimad, dostluq və qardaşlıq prinsipləri əsasında inkişaf edəcək, iki ölkənin rifahına və regionda əməkdaşlığın daha da güclənməsinə mühüm töhfələr verəcəkdir.

 

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki