image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-5d12b0c924ae2e05042fc16e0cdbd081_2996872

Ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Prezident Trampın iştirakı ilə Ermənistan və Azərbaycan Birgə Bəyannaməni imzaladılar

image-legitimaz-810x90

Ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Prezident Trampın iştirakı ilə Ermənistan və Azərbaycan Birgə Bəyannaməni imzaladılar

Ursula fon der Lyayenin səfəri zamanı regional sülh gündəliyi də xüsusi yer tutdu. Avropa İttifaqının Ermənistan və Azərbaycan arasında etimadın möhkəmləndirilməsi məqsədilə sərhədyanı bölgələr üçün 20 milyon avroluq dəstək paketi təklif etməsi və iki cəmiyyət arasında sülhün iqtisadi üstünlüklərinin təşviqinə yönəlmiş təşəbbüslərlə çıxış etməsi regionda uzunmüddətli sabitliyin iqtisadi əsaslarının formalaşdırılmasına xidmət edir. Bu yanaşma Azərbaycanın uzun illərdir irəli sürdüyü regional əməkdaşlıq və kommunikasiyaların açılması siyasəti ilə də üst-üstə düşür. Dayanıqlı sülhün təmin olunmasının yalnız siyasi razılaşmalarla deyil, iqtisadi inteqrasiya və qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə mümkün olduğu barədə yanaşma getdikcə daha geniş beynəlxalq dəstək qazanır.

Prezident İlham Əliyev Avropa Komissiyasının Prezidenti ilə regional təhlükəsizlik məsələlərinin də geniş müzakirə edildiyini bildirib. Dövlət başçısı vurğulayıb ki, sülhü təkcə kağız üzərində deyil, gündəlik həyatda hiss etdiyimizi nümayiş etdirmək üçün bir çox birtərəfli addımlar atdıq. Vaşinqtonda imzalanmış Birgə Bəyannamə və sülh sazişi mətninin paraflanması regionda yeni siyasi reallıq yaradıb. Prezident cənab İlham Əliyevin sözləri ilə desək, beləliklə, de-fakto sülh qurulub və biz faydasını görürük. Ermənistan istiqamətində yük tranzitinə tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması və yanacaq məhsullarının çatdırılması kimi addımlar atılıb. Bu qərarlar qarşılıqlı etimadın formalaşmasına, iqtisadi münasibətlərin genişlənməsinə və regionda sabitliyin daha da möhkəmlənməsinə xidmət edir. Region artıq uzun illər davam etmiş münaqişə mərhələsini geridə qoyur. İndi əsas məqsəd Cənubi Qafqazı qarşıdurma məkanından əməkdaşlıq, qarşılıqlı fayda və dayanıqlı inkişaf bölgəsinə çevirməkdir. Bu prosesdə Avropa Komissiyasının konstruktiv mövqeyi və göstərdiyi siyasi dəstək mühüm əhəmiyyət daşıyır. Qarşılıqlı fəaliyyət nəticəsində regionda iqtisadi inteqrasiya dərinləşə, yeni nəqliyyat və enerji layihələri reallaşa, uzunmüddətli sabitlik təmin oluna bilər. Siyasi dialoqun intensivləşməsi, iqtisadi əməkdaşlığın genişlənməsi, enerji təhlükəsizliyi sahəsində strateji tərəfdaşlığın möhkəmlənməsi, yaşıl enerji layihələrinin inkişafı və regional sülh prosesinə verilən töhfələr bu münasibətlərin çoxşaxəli xarakter daşıdığını təsdiqləyir. Formalaşan yeni əməkdaşlıq modeli yalnız ikitərəfli münasibətlərin inkişafına deyil, həm də Cənubi Qafqazın sabitlik, təhlükəsizlik və davamlı iqtisadi tərəqqi məkanına çevrilməsinə xidmət edən mühüm siyasi və iqtisadi platforma kimi çıxış edir.

 

Sevinc Məmmədova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru əvəzi

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki