image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-6

Ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Ermənistan və Azərbaycan liderləri Birgə Bəyannamə imzaladılar

image-legitimaz-810x90

Ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Ermənistan və Azərbaycan liderləri Birgə Bəyannamə imzaladılar

Avropa qitəsində təhlükəsizliyin, sabitliyin və rifahın gücləndirilməsi məqsədilə yaradılan “Avropa Siyasi Birliyi” Avropa İttifaqı üzvləri ilə yanaşı, qitənin digər ölkələrini də bərabərhüquqlu tərəfdaş kimi bir araya gətirir. Azərbaycanın bu Birliyin Zirvə toplantılarında iştirakı, günün aktual məsələləri ilə bağlı mövqeyinə verilən önəm ölkəmizin beynəlxalq münasibətlər sistemində yerinin və rolunun, eyni zamanda, Avropa ilə əməkdaşlığının təqdimatında əhəmiyyətli rol oynayır. Azərbaycan-Avropa İttifaqı əməkdaşlığını şərtləndirən mühüm amillərdən biri təbii ki, enerjidir. Azərbaycanla Avropa İttifaqı, eyni zamanda, quruma üzv dövlətlər arasında əlaqələrin yüksələn xətlə inkişafından bəhs edərkən “Tərəfdaşlıq prioritetləri” sənədinin ardınca 2022-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasını xüsusi qeyd etməliyik. Azərbaycanın enerji və nəqliyyat imkanları onun Avropa İttifaqı üçün önəmini artırır. Azərbaycan Avropa İttifaqının əsas tərəfdaşıdır. Azərbaycan və Avropa İttifaqı rəsmilərinin qarşılıqlı səfərləri, təhlükəsizlik, enerji və nəqliyyat sahələrində uğurla təşkil edilmiş dialoqlar münasibətlərin inkişafına mühüm töhfələr verir. Hazırda Azərbaycan-Avropa İttifaqı münasibətləri strateji əməkdaşlıq çərçivəsində uğurla inkişaf edir. Ötən il qurumun Tirana və Kopenhagendə keçirilmiş Zirvə görüşlərində ölkəmizin uğurla təmsil olunması, dövlətimizin Cənab Prezident hər iki toplantı çərçivəsində keçirdiyi görüşlər münasibətlərə yeni dinamizm gətirib. Dünyaya əməkdaşlıq, birlik, həmrəylik, təhlükəsizlik çağırışları ilə diqqətdə olan ölkəmiz beynəlxalq aləmdə sabitləşdirici aktor kimi nüfuz qazanıb. Azərbaycan qütbləşən dünyada yeni əməkdaşlıq formatlarının yaradılmasına, yeni körpülərin qurulmasına çağırışlar edərək birliyin, həmrəyliyin daha da möhkəmləndirilməsinə, əlaqələrin coğrafiyasının genişləndirilməsinə səy göstərir.

Vətən müharibəsində şanlı Zəfərimizdən sonra Cənab Prezident Azərbaycanın Ermənistanla münasibətlərində yeni səhifə açmaq, bölgədə dayanıqlı sülhü təmin etmək üçün qarşı tərəfə sülh təklifini etdi. Hər zaman bu məqam da xüsusi vurğulanır ki, Azərbaycan tərəfinin sülh təklifi heç də 30 illik işğal, 44 günlük Vətən müharibəsi dövrünün reallıqlarını, faciələrimizi, torpaqlarımızın azadlığı yolunda canlarından keçən şəhidlərimizin unudulması anlamına gələ bilməz. Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün sülh razılaşmasının əldə edilməsi zəruri idi. Azərbaycan humanist siyasətinə söykənərək Ermənistana sülh təklifini etməklə bir daha sülhsevər ölkə olduğunu nümayiş etdirdi. Azərbaycanın beynəlxalq hüququn beş əsas prinsipini özündə ehtiva edən sülh təklifinə beynəlxalq dəstək bu məqsədlə müxtəlif məkanlarda və tərkiblərdə keçirilən görüşlərdə özünün aydın ifadəsini tapdı. Azərbaycan addım-addım tarixi sülh razılaşmasının əldə edilməsinə doğru irəlilədi. Prezident cənab İlham Əliyevin ötən ilin avqustunda ABŞ-a işgüzar səfəri zamanı əldə olunan tarixi sülh razılaşması artıq bölgəyə sülh gətirib.

Vüsalə Kərimova – Zərdab şəhər 1 saylı məktəb liseyin direktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki