image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1777559012_whatsapp-mage-2026-04-30-at-17_56_39

Ölkəmizdə keçirilən idman yarışları idman növlərini populyarlaşdırır

image-legitimaz-810x90

Ölkəmizdə keçirilən idman yarışları idman növlərini populyarlaşdırır

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 30 aprel 2026-cı il tarixində Albaniyanın paytaxtı Tirana şəhərində keçirilmiş Avropa Güləş Çempionatı yarışında böyük uğur qazanan idmançılarımızı qəbul edib. Görüşdə yunan-Roma, sərbəst və qadın güləşi üzrə medal qazanan idmançılar və onların məşqçiləri iştirak ediblər. Dövlət başçısı idmançıları təbrik edərək bildirib ki, bu cür beynəlxalq yarışlarda əldə olunan qələbələr Azərbaycanın idman sahəsində gücünü göstərir. O vurğulayıb ki, idman uğurları ölkədə müxtəlif idman növlərinin daha da populyarlaşmasına mühüm təsir edir.

Həqiqətən də, ölkəmizdə keçirilən və idmançılarımızın iştirak etdiyi yarışlar gənclər arasında idmana marağı artırır. Uğurlu çıxışlar uşaqlar və yeniyetmələr üçün motivasiya mənbəyinə çevrilir. Onlar öz kumirlərinə baxaraq idmanla məşğul olmağa başlayır, sağlam həyat tərzini seçirlər.  İdman yarışları yalnız nəticə əldə etmək üçün deyil, həm də cəmiyyətin inkişafı baxımından vacibdir. Bu yarışlar insanların bir araya gəlməsinə, milli qürur hissinin artmasına və ölkənin beynəlxalq nüfuzunun yüksəlməsinə səbəb olur. Sonda qeyd etmək olar ki, Azərbaycanın idman sahəsində qazandığı uğurlar və keçirilən yarışlar gələcəkdə də idman növlərinin populyarlaşmasına, yeni istedadların üzə çıxmasına geniş imkanlar yaradır.

 

Zərdab rayon Əlibəyli kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Kəmalə Əliyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki