image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-pashinyan-yeni

Nikolun Minsk qrupu gedişi: Məqsəd Bakıya təzyiqdir…

image-legitimaz-810x90

Ermənistan Qarabağ məsələsini beynəlxalq platformaya daşımaq və beynəlxalq dəstək almağa çalışır.

Bu sözləri “Xeberaz.İnfo“-a açıqlamasında politoloq Turab Rzayev Paşinyanın ATƏT Minsk Qrupunun buraxılmasını sülh sazişi ilə eyni zamanda imzalanması istəyini şərh edərkən deyib.

“ATƏT-in Minsk Qrupunun əsas məqsədlərindən biri də Qarabağdakı ermənilərin statusu məsələsi idi. Burada da Paşinyan Minsk Qrupunu saxlamaqla yenidən Xankəndi və ətrafı ilə bağlı hansısa bir məqamı gündəmə gətirməklə sülh sazişində güclü mövqedən davranmaq istəyir. Aydın məsələdir ki, sülh müqaviləsindən sonra belə qurumun varlığı Ermənistana lazım olmayacaq.

Azərbaycan tərəfi isə hansısa bir şəkildə yoluna maneə kimi çıxa biləcək faktorlardan qurtulmağa çalışır. Ona görə də ATƏT-in Minsk qrupunu elə indidən ləğv etmək Azərbaycan üçün ən doğru versiyadır”, – o bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki