image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1786472388556667733_1200x630

Naxçıvanın inkişafından danışarkən ilk növbədə onun təhlükəsizliyini qeyd etmək lazımdır

image-legitimaz-810x90

Naxçıvanın inkişafından danışarkən ilk növbədə onun təhlükəsizliyini qeyd etmək lazımdır

Prezident İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvan Muxtar Respublikasına səfəri və səfərin sonunda Azərbaycan Televiziyasına verdiyi müsahibə Naxçıvanın gələcək inkişafı baxımından mühüm hadisə oldu. Dövlət başçısının səfər zamanı həyata keçirdiyi tədbirlər və müsahibəsində səsləndirdiyi fikirlər göstərdi ki, Naxçıvanın qarşısında yeni və daha geniş inkişaf mərhələsi dayanır.

Prezidentin sözlərindən aydın olur ki, Naxçıvanın inkişafına yalnız bu günün problemlərinin həlli kimi baxılmır. Qarşıya uzun illəri əhatə edən konkret məqsədlər qoyulur. Burada əsas məsələlər təhlükəsizliyin təmin edilməsi, iqtisadiyyatın gücləndirilməsi, yeni iş yerlərinin yaradılması, enerji imkanlarının artırılması, nəqliyyat əlaqələrinin genişləndirilməsi, şəhərin müasir şəkildə inkişaf etdirilməsi, turizmin canlandırılması və tarixi irsin qorunmasıdır.

Dövlət başçısının prezident kimi Naxçıvana 17-ci səfəri zamanı “hər səfərin öz mənası və nəticəsi var” fikrini səsləndirməsi də təsadüfi deyil. Həmin gün Naxçıvan Sənaye Parkının təməli qoyuldu, sosial evlər kompleksinin və “Naxçıvan” Mehmanxana Kompleksinin təməli qoyuldu, Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Plan təqdim edildi. Eyni zamanda, Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanışlıq keçirildi, Əcəmi Naxçıvaninin abidəsi açıldı və hərbi hissələrə döyüş bayraqları təqdim edildi.

Bu tədbirlərin hər biri ayrı-ayrılıqda mühüm əhəmiyyət daşıyır. Lakin onların hamısına birlikdə baxdıqda daha böyük mənzərə ortaya çıxır. Görünür ki, məqsəd Naxçıvanı təhlükəsiz, güclü iqtisadiyyata malik, müasir infrastruktura sahib və insanların rahat yaşadığı bir bölgəyə çevirməkdir.

Naxçıvanın inkişafından danışarkən ilk növbədə onun təhlükəsizliyini qeyd etmək lazımdır. Naxçıvan Azərbaycanın əsas hissəsindən ayrı yerləşdiyinə görə onun müdafiəsi ölkəmiz üçün həmişə xüsusi əhəmiyyət daşıyıb.

Son illərdə Naxçıvanın müdafiə imkanlarının artırılması istiqamətində ciddi işlər görülüb. Əlahiddə Ordunun yaradılması da bu siyasətin mühüm nəticələrindən biridir. Prezident İlham Əliyev müsahibəsində bir daha vurğuladı ki, Əlahiddə Ordu Azərbaycan Silahlı Qüvvələrinin ayrılmaz hissəsidir.

Naxçıvandakı hərbi hissələrin ən müasir texnika ilə təchiz edilməsi, komando qüvvələrinin yaradılması və hərbi imkanların artırılması bölgənin təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə xidmət edir.

Sadə dillə desək, Naxçıvanın inkişafı üçün ilk növbədə burada sabitlik və təhlükəsizlik olmalıdır. Güclü ordu isə bu sabitliyin əsas təminatlarından biridir. Dövlət başçısının “Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir” fikri də ölkəmizin hərbi gücünün artdığını və bunun regional təhlükəsizliyə təsir etdiyini göstərir.

 

Gülnaz Məmmədova – Zərdab şəhər sakini, təqaüdçü

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki