image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17864629682197021600_1200x630

Naxçıvanın gələcək inkişafında ən böyük dəyişikliklərdən biri isə nəqliyyat əlaqələrinin genişlənməsi ilə bağlıdır

image-legitimaz-810x90

Naxçıvanın gələcək inkişafında ən böyük dəyişikliklərdən biri isə nəqliyyat əlaqələrinin genişlənməsi ilə bağlıdır

 

Kənd təsərrüfatının inkişafı və suvarma imkanlarının genişləndirilməsi də Naxçıvan üçün mühüm məsələlərdəndir. Suvarma sistemlərinin yaxşılaşdırılması kənd təsərrüfatı istehsalının artmasına, torpaqlardan daha səmərəli istifadə olunmasına və kənd əhalisinin gəlirlərinin yüksəlməsinə şərait yaradacaq. Bu istiqamətdə görülən işlər həm ərzaq təhlükəsizliyinə, həm də regionda məşğulluğun artırılmasına töhfə verəcək. Naxçıvanın inkişafında enerji təhlükəsizliyi də xüsusi yer tutur. Muxtar respublikanın coğrafi mövqeyi və uzun müddət əsas enerji sistemlərindən ayrı vəziyyətdə olması enerji təminatının dayanıqlı qurulmasını vacib edib. Hazırda Naxçıvanın 100 faiz qazlaşdırılması təmin olunub. Mövcud 200 meqavatlıq generasiya gücü daxili tələbatın ödənilməsinə imkan verir. Yeni 300 meqavatlıq istilik elektrik stansiyasının inşası isə enerji istehsalı imkanlarını daha da artıracaq və gələcəkdə Naxçıvanın enerji təminatının daha etibarlı olmasına şərait yaradacaq. Bununla yanaşı, Naxçıvanın gələcəyi yalnız ənənəvi enerji mənbələri ilə məhdudlaşmır. Muxtar respublika Azərbaycanın yaşıl enerji potensialı yüksək olan ərazilərindən biridir. Burada günəş enerjisindən istifadə üçün böyük imkanlar mövcuddur. Hesablamalara görə, Naxçıvanda 500-1000 meqavat həcmində günəş enerjisi potensialı vardır. Günəş elektrik stansiyalarının və digər alternativ enerji layihələrinin inkişaf etdirilməsi gələcəkdə həm enerji istehsalının artırılmasına, həm də ətraf mühitin qorunmasına mühüm töhfə verə bilər. Elektrik nəqliyyatından istifadənin genişləndirilməsi də Naxçıvanın daha ekoloji və müasir şəhər mühitinə çevrilməsinə xidmət edir. Elektrik avtobuslarının və günəş enerjisinin tətbiqinin artırılması uzunmüddətli perspektivdə Naxçıvanın daha təmiz və dayanıqlı enerji sisteminə keçməsinə imkan verə bilər. Qarşıya qoyulan məqsədlərdən biri də Naxçıvanın 2050-ci ilədək xalis sıfır karbonlu əraziyə çevrilməsi istiqamətində addımların atılmasıdır.

Naxçıvanın gələcək inkişafında ən böyük dəyişikliklərdən biri isə nəqliyyat əlaqələrinin genişlənməsi ilə bağlıdır. Uzun illər ərzində Naxçıvan Azərbaycanın əsas hissəsindən quru yolları ilə birbaşa əlaqəyə malik olmayıb. Bu vəziyyət həm insanların gediş-gəlişini, həm də yük daşımalarını çətinləşdirib və regionun iqtisadi potensialından tam istifadə edilməsinə müəyyən məhdudiyyətlər yaradıb.

8 avqust tarixində Vaşinqtonda əldə olunmuş razılaşmalar bu baxımdan Naxçıvan üçün yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Zəngəzur dəhlizinin tam fəaliyyətə başlaması ilə Naxçıvanın Azərbaycanın digər əraziləri ilə avtomobil və dəmir yolu, eləcə də digər kommunikasiya xətləri vasitəsilə daha sıx əlaqələndirilməsi üçün geniş imkanlar yaranacaq. Bu, Naxçıvan üçün yalnız nəqliyyat məsələsinin həlli deyil, həm də yeni iqtisadi imkanların yaranması deməkdir.

Naxçıvanın Azərbaycanla maneəsiz və çoxmodallı əlaqəsinin yaradılması regionun iqtisadi əhəmiyyətini daha da artıracaq. Çoxmodallı bağlantı dedikdə yalnız avtomobil və dəmir yolu nəzərdə tutulmur. Belə bir marşrutun tərkibində elektrik xətləri, fiber-optik kabellər və gələcəkdə digər kommunikasiya və enerji xətlərinin də olması mümkündür. Bu baxımdan Zəngəzur dəhlizi təkcə bir nəqliyyat yolu deyil, müxtəlif sahələri birləşdirən böyük regional layihə kimi əhəmiyyət daşıyır.

 

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki