image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1786474239385811835_1200x630

Naxçıvanda mənim Sərəncamımla Əlahiddə Ordu yaradılmışdır

image-legitimaz-810x90

Naxçıvanda mənim Sərəncamımla Əlahiddə Ordu yaradılmışdır.

Prezident İlham Əliyevin avqustun 11-də 2026-cı Naxçıvan Muxtar Respublikasına səfəri və səfərin yekununda Azərbaycan Televiziyasına verdiyi müsahibə Naxçıvanın gələcək inkişafının əsas istiqamətlərini müəyyənləşdirən mühüm siyasi hadisə kimi diqqəti cəlb edir. Dövlət başçısının müsahibəsində səsləndirdiyi fikirlər təkcə həmin gün Naxçıvanda görülən işlərin qiymətləndirilməsi ilə məhdudlaşmır. Müsahibədə muxtar respublikanın təhlükəsizliyi, iqtisadi inkişafı, enerji potensialı, nəqliyyat imkanları, sənayeləşmə, sosial rifah və tarixi-mədəni irsin qorunması ilə bağlı uzunmüddətli strateji baxış öz əksini tapıb. Dövlət başçısı İlham Əliyevin prezident kimi muxtar respublikaya 17-ci səfəri zamanı verdiyi müsahibədə xüsusi vurğuladı ki, hər səfərin öz mənası və nəticəsi var. Əslində, 11 avqust səfərinin proqramına nəzər saldıqda bunun təsadüfi fikir olmadığı aydın görünür. Həmin gün Naxçıvan Sənaye Parkının təməli qoyuldu, sosial evlər kompleksinin əsası qoyuldu, “Naxçıvan” Mehmanxana Kompleksinin təməlqoyma mərasimi keçirildi, “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Plan” təqdim olundu, Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanışlıq keçirildi, Əcəmi Naxçıvaninin abidəsinin açılışı oldu və hərbi hissələrə döyüş bayraqları təqdim edildi. Bütün bunlar bir-birindən ayrı layihələr təsiri bağışlasa da, əslində vahid məqsədə – Naxçıvanın hərtərəfli və davamlı inkişafına xidmət edən böyük strategiyanın ayrı-ayrı istiqamətləridir.

Prezident İlham Əliyevin müsahibəsində ilk diqqət çəkən məqamlardan biri Naxçıvanın təhlükəsizliyi məsələsidir. Dövlət başçısı qeyd etdi ki, illər ərzində muxtar respublikanın müdafiə potensialının gücləndirilməsi prioritet istiqamətlərdən biri olub. Bu yanaşmanın özündə mühüm siyasi məntiq var. Naxçıvan Azərbaycanın əsas ərazisi ilə birbaşa quru bağlantısı olmayan xüsusi coğrafi mövqeyə malikdir. Bu səbəbdən onun təhlükəsizliyi və müdafiə qabiliyyəti Azərbaycanın milli təhlükəsizlik sistemində xüsusi əhəmiyyət daşıyır. Naxçıvanda Əlahiddə Ordunun yaradılması da məhz bu reallığın nəticəsidir. Prezidentin müsahibəsində vurğuladığı kimi, Əlahiddə Ordu Azərbaycan Silahlı Qüvvələrinin ayrılmaz tərkib hissəsidir. Ən müasir hərbi texnika ilə təchizat, komando qüvvələrinin yaradılması və hərbi potensialın davamlı şəkildə artırılması Naxçıvanın təhlükəsizlik təminatının möhkəmləndirilməsinə yönəlmiş tədbirlərdir. Bu məqam həm də Azərbaycanın son illərdə formalaşdırdığı müdafiə konsepsiyasının Naxçıvanda da ardıcıl tətbiq olunduğunu göstərir. Dövlət başçısının “Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir” fikri isə ölkənin hərbi gücünün regional təhlükəsizliyə təsir imkanlarının artdığını ifadə edir. Naxçıvanın gələcək inkişafında iqtisadiyyatın şaxələndirilməsi xüsusi yer tutur. Bu baxımdan səfər zamanı Naxçıvan Sənaye Parkının təməlinin qoyulması mühüm hadisədir. Prezident İlham Əliyev müsahibəsində bildirib ki, Naxçıvan Sənaye Parkı ərazi baxımından Sumqayıt Sənaye Parkından sonra Azərbaycanda ikinci böyük sənaye parkı olacaq. Bu, sadəcə yeni sənaye obyektinin yaradılması deyil. Bu layihə Naxçıvan iqtisadiyyatının istehsal yönümlü inkişafına, yeni müəssisələrin yaradılmasına, investisiyaların cəlb olunmasına və məşğulluğun artırılmasına hesablanıb. İllər ərzində Naxçıvan iqtisadiyyatında müəyyən irəliləyişlər əldə olunsa da, qarşıdakı mərhələnin əsas fərqi sənayeləşmənin daha sistemli xarakter almasıdır. Sənaye Parkının yaradılması yerli xammal və resurslardan istifadə etməklə yeni istehsal sahələrinin formalaşmasına, məhsulların daxili və xarici bazarlara çıxarılmasına imkan yarada bilər. Burada əsas məqsəd yalnız yeni müəssisələrin sayını artırmaq deyil. Əsas hədəf iqtisadi fəallığın yüksəldilməsi, özəl sektorun imkanlarının genişləndirilməsi və Naxçıvanın özünü təmin edən, eyni zamanda ixrac potensialına malik iqtisadi məkana çevrilməsidir.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki