Naxçıvanda Günəş enerjisinin potensialı çox böyükdür.
Naxçıvan qədim tarixi və zəngin mədəniyyəti ilə yanaşı, təbii sərvətləri və enerji imkanları ilə də seçilən bir diyardır. Günəşli günlərin çox olması bu bölgədə günəş enerjisindən istifadə üçün geniş imkanlar yaradır. Prezident İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibədə də bu məsələyə xüsusi diqqət yetirilib.
Prezident İlham Əliyev müsahibəsində bildirib ki, Naxçıvanın Günəş potensialı nəzərə alınaraq burada daha böyük işlər görüləcək. Dövlət başçısının sözlərinə görə, Naxçıvanda artıq bir sıra su və Günəş elektrik stansiyaları yaradılıb. Səfər zamanı isə 50 meqavat gücündə iki Günəş elektrik stansiyasının tikintisi ilə bağlı görülən işlərlə tanışlıq olub.
Günəş enerjisi nədir? Sadə desək, Günəşin işığından və istiliyindən elektrik enerjisi almaqdır. Bunun üçün xüsusi günəş panellərindən istifadə olunur. Günəş panelləri günəş şüalarını elektrik enerjisinə çevirir. Bu enerji daha sonra evlərdə, müəssisələrdə, məktəblərdə və digər obyektlərdə istifadə edilə bilər.
Naxçıvan üçün günəş enerjisinin əhəmiyyəti xüsusilə böyükdür. Çünki bu enerji növü təbiətdə daim yenilənir. Günəşdən istifadə etdikcə onun ehtiyatı tükənmir. Buna görə də günəş enerjisi gələcəyin əsas enerji mənbələrindən biri hesab olunur. Naxçıvanda bərpa olunan enerji mənbələrindən istifadə enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə də kömək edir. Prezident İlham Əliyev müsahibəsində enerji təhlükəsizliyinin vacibliyini vurğulayaraq Naxçıvanın davamlı və dayanıqlı enerji ilə təmin olunmasının əsas məqsədlərdən biri olduğunu bildirib. Hazırda bölgədə həm istilik, həm də Günəş elektrik stansiyalarının yaradılması istiqamətində işlər aparılır.
Günəş enerjisinin inkişafı Naxçıvanın iqtisadiyyatına da müsbət təsir göstərə bilər. Yeni elektrik stansiyalarının tikilməsi yeni iş yerlərinin yaranmasına, müasir texnologiyaların bölgəyə gətirilməsinə və yerli mütəxəssislərə ehtiyacın artmasına şərait yarada bilər. Eyni zamanda, istehsal olunan enerjinin bir hissəsinin gələcəkdə başqa ərazilərə və xarici bazarlara yönəldilməsi iqtisadi imkanları genişləndirə bilər.
Naxçıvanın Günəş enerjisi sahəsində potensialının böyük olması təsadüfi deyil. Bölgənin coğrafi xüsusiyyətləri və günəşli iqlimi bu sahənin inkişafı üçün əlverişli şərait yaradır. Rəsmi sənədlərdə də Naxçıvanda elektrik enerjisi istehsalı və ixracı üzrə mövcud potensialdan istifadə etməklə, xüsusilə günəş enerjisi hesabına yeni bərpa olunan enerji stansiyalarının tikintisinin vacibliyi qeyd olunub.
Bu gün Naxçıvanın günəşli səması gələcəyin böyük enerji imkanlarından xəbər verir. Günəşdən alınan enerji yeni müəssisələrin fəaliyyətinə, iqtisadi inkişafın sürətlənməsinə və insanların daha rahat həyatına xidmət edə bilər. Deməli, “Naxçıvanda Günəş enerjisinin potensialı çox böyükdür” fikri təkcə bu günün imkanlarını deyil, həm də gələcəyin inkişaf istiqamətini ifadə edir. Günəş enerjisi Naxçıvanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, iqtisadi imkanlarının genişlənməsinə və Azərbaycanın yaşıl enerji siyasətinin həyata keçirilməsinə mühüm töhfə verə bilər.
Zərdab rayon Hüseynxanlı kənd ümumi orta ümumtəhsil məktəbinin müəllimi-Əfsun Nuriyev























