image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-nax5

Naxçıvan Azərbaycanın yeni inkişaf mərhələsində

image-legitimaz-810x90

Naxçıvan Azərbaycanın yeni inkişaf mərhələsində

 

Prezident İlham Əliyevin Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibə bölgənin gələcəyi ilə bağlı mühüm fikirlərlə yadda qaldı. Müsahibədə Naxçıvanın inkişafı, burada həyata keçirilən layihələr, nəqliyyat və enerji imkanları, eləcə də bölgənin Azərbaycanın ümumi inkişafında rolu barədə danışıldı. Prezident İlham Əliyevin səfər proqramı da kifayət qədər geniş olub. Səfər çərçivəsində Naxçıvan Sənaye Parkının təməli qoyulub, yeni avtobuslara baxış keçirilib, dəmir yolu infrastrukturunda görülən işlərlə tanışlıq olub, DOST Mərkəzinin açılışı keçirilib. Həmçinin Naxçıvan şəhərinin gələcək inkişafı ilə bağlı Baş Plan təqdim olunub.

Müsahibədə diqqət çəkən əsas məsələlərdən biri Naxçıvanın iqtisadi inkişafıdır. Qarşıya qoyulan məqsəd bölgədə yeni istehsal sahələrinin yaradılması, iş yerlərinin artırılması və yerli iqtisadi imkanlardan daha səmərəli istifadə etməkdir. Naxçıvan Sənaye Parkının yaradılması da bu baxımdan mühüm addımlardan biri hesab olunur. Digər mühüm istiqamət enerji sahəsidir. Naxçıvanın enerji imkanlarının artırılması həm bölgənin öz tələbatının ödənilməsi, həm də gələcəkdə əlavə enerji imkanlarının yaranması baxımından əhəmiyyətlidir. Günəş və digər bərpaolunan enerji mənbələrindən istifadə Naxçıvanın təbii imkanlarından səmərəli yararlanmağa şərait yaradır.

Naxçıvanın gələcəyi üçün nəqliyyat əlaqələri də xüsusi əhəmiyyət daşıyır. Dəmir yolu və avtomobil yollarının yenilənməsi bölgənin Azərbaycanın digər əraziləri və region ölkələri ilə əlaqələrinin genişlənməsinə imkan verə bilər. Bu isə ticarətin, turizmin və iqtisadi münasibətlərin inkişafına müsbət təsir göstərəcək. Müsahibədə diqqət çəkən başqa bir məsələ Naxçıvanın, Qarabağın və Şərqi Zəngəzurun inkişafına vahid yanaşmadır. Bu ərazilərdə müasir şəhərsalma, yeni infrastruktur və yaşıl enerji layihələri həyata keçirilir. Məqsəd müxtəlif bölgələrdə görülən işləri bir-biri ilə əlaqələndirmək və vahid inkişaf modelinin formalaşdırılmasıdır.

Bu yanaşmada insan amili əsas yer tutur. Yeni yolların, yaşayış binalarının, sosial obyektlərin və istehsal müəssisələrinin yaradılmasının əsas məqsədi insanların rahatlığını və rifahını artırmaqdır. Naxçıvanda sosial evlər kompleksinin təməlinin qoyulması da bu istiqamətdə atılan addımlardan biridir.

Prezidentin müsahibəsindən belə nəticə çıxarmaq olar ki, Naxçıvan qarşıdakı illərdə Azərbaycanın mühüm iqtisadi, nəqliyyat və enerji mərkəzlərindən birinə çevrilmək üçün böyük imkanlara malikdir. Bunun üçün bölgənin təbii və coğrafi üstünlüklərindən düzgün istifadə olunması, müasir infrastrukturun yaradılması və yeni layihələrin həyata keçirilməsi vacibdir. Naxçıvanın inkişafı həm bu qədim diyarın sakinləri, həm də bütövlükdə Azərbaycanın gələcəyi üçün böyük əhəmiyyət daşıyır. Qarşıdakı dövrdə həyata keçiriləcək layihələr bölgənin simasını daha da dəyişdirəcək, yeni imkanlar yaradacaq və Naxçıvanın ölkənin iqtisadi həyatında rolunu daha da gücləndirəcək.

 

Zərdab rayon Əlibəyli kənd tam orta ümumtəhsil məktəbinin müəllimi-Gülşən İsmayılova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki