image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1671826227_990beb49-eb58-394e-8d2f-20d5d3103566-1

Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Ağdərəyə səfərləri

image-legitimaz-810x90

Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Ağdərəyə səfərləri

 

Ağdərə bu gün yeni inkişaf mərhələsini yaşayır. Uzun illər işğal altında qalan bu qədim torpaqda həyat yenidən canlanır, quruculuq və bərpa işləri geniş vüsət alır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ağdərəyə səfərləri də bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Ağdərə şəhərinə səfər edib. Səfər zamanı Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Həmin gün Sərsəng su anbarının ərazisində də Azərbaycan bayrağı dalğalanıb. Bu hadisə Ağdərənin tarixində mühüm günlərdən biri kimi yadda qalıb.

Prezidentin Ağdərəyə səfərləri zamanı rayonun gələcək inkişafı ilə bağlı mühüm məsələlərə diqqət yetirilib. Ərazidə aparılan bərpa və quruculuq işləri ilə tanışlıq olub, yeni layihələrin həyata keçirilməsi istiqamətində tapşırıqlar verilib.

2025-ci il martın 18-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərə rayonuna növbəti səfər ediblər. Səfər çərçivəsində rayonun müxtəlif ərazilərində görülən işlərlə tanışlıq keçirilib. Səfər zamanı Sərsəng su anbarından Umudlu kəndinə gedən avtomobil yolunun açılışı olub. Yeni yolun istifadəyə verilməsi bölgədə nəqliyyat əlaqələrinin yaxşılaşdırılması baxımından mühüm addımdır. Bu yol kəndlər arasında əlaqələrin daha rahat qurulmasına və insanların gediş-gəlişinin asanlaşmasına imkan verir. Həmin səfər zamanı Ağdərənin Həsənriz kəndində sakinlərlə görüş keçirilib. Burada Novruz bayramı münasibətilə tonqal alovlandırılıb. Doğma torpaqda Novruz bayramının qeyd olunması xüsusi mənzərə yaradıb. Bu, Ağdərədə həyatın yenidən bərpa olunmasının və insanların öz yurdlarına qayıtmasının gözəl nümunələrindən biridir. Səfərin mühüm hadisələrindən biri də Suqovuşan kəndində yeni yaşayış kompleksinin istifadəyə verilməsi olub. Yeni evlərə köçən sakinlərə mənzillərin açarları təqdim edilib. İnsanların doğma torpaqlarında yeni evlərə köçməsi Böyük Qayıdış prosesinin mühüm addımlarından biridir. Suqovuşanda məscidin istifadəyə verilməsi də diqqətçəkən hadisələrdən olub. Beləliklə, bölgədə yalnız yaşayış binaları deyil, insanların sosial və mənəvi ehtiyaclarını qarşılayan obyektlər də yaradılır.

Prezident İlham Əliyevin Ağdərəyə səfərləri zamanı görülən işlər bir daha göstərir ki, bölgənin bərpası kompleks şəkildə həyata keçirilir. Yeni yolların çəkilməsi, yaşayış komplekslərinin salınması, sosial obyektlərin yaradılması və insanların doğma yurdlarına qayıtması bu prosesin əsas istiqamətlərindəndir. Bu gün Ağdərənin siması tədricən dəyişir. Vaxtilə işğal nəticəsində dağıdılmış ərazilərdə yeni tikililər ucaldılır, yollar çəkilir, yaşayış üçün şərait yaradılır. Ağdərəyə qayıdan insanlar öz doğma torpaqlarında yeni həyat qurmağa başlayırlar. 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü münasibətilə Ağdərədə aparılan quruculuq işləri və Prezident İlham Əliyevin bu əraziyə səfərləri xüsusi qeyd olunur. Bu səfərlər zamanı açılan yollar, istifadəyə verilən yaşayış kompleksləri və digər layihələr bölgənin gələcək inkişafı üçün

 

Zərdab rayon Hüseynxanlı kənd ümumi orta ümumtəhsil məktəbinin müəllimi-Əfsun Nuriyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki