image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-news_20251223122905

“Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanunu

image-legitimaz-810x90

“Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanunu.

 

“Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan dövlətçiliyinin tarixi baxımından mühüm əhəmiyyət daşıyan qanunlardan biridir. Bu qanun Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin hüquqi və siyasi dəyərini müəyyən edir. Azərbaycan xalqı uzun illər azad və müstəqil dövlət qurmaq arzusu ilə yaşamışdır. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın ilk müstəqil dövlətçilik nümunəsi olmuşdur. Fikrimcə, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli dövlətçilik tariximizin ən parlaq səhifələrindən biridir. Lakin cümhuriyyətin fəaliyyəti uzun sürməmiş və Azərbaycan sovet hakimiyyəti altına düşmüşdür. 1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etmişdir. Bununla da xalqımız öz suveren hüquqlarını yenidən əldə etmişdir. Mənə elə gəlir ki, 1991-ci ildə qazanılan müstəqillik xalqımızın əsrlərlə davam edən arzularının reallaşması idi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlət quruculuğu yeni mərhələyə qədəm qoymuşdur. Bu prosesdə milli ideologiyanın formalaşması xüsusi əhəmiyyət daşımışdır. Müstəqilliyin ilk illərində dövlət idarəçiliyinin möhkəmləndirilməsi və hüquqi sistemin formalaşdırılması vacib vəzifə kimi qarşıda dayanırdı. “Müstəqillik günü haqqında” qanun Azərbaycan Respublikasında dövlət müstəqilliyinin əhəmiyyətini rəsmən təsdiq edir. Qanuna əsasən, 28 May Müstəqillik Günü kimi qeyd olunur. Bu tarix Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı günü əks etdirir. Eyni zamanda 18 Oktyabr tarixi də dövlətçilik tariximizdə mühüm yer tutur. Həmin gün “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edilmişdir. Bu sənəd Azərbaycanın SSRİ-dən ayrılaraq müstəqil dövlət olduğunu bəyan etmişdir. Qanun dövlət müstəqilliyinin qorunmasının vacibliyini xüsusi vurğulayır. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü dövlətin əsas prinsiplərindən hesab olunur. Fikrimcə, müstəqilliyin hüquqi əsaslarla təsbit olunması dövlətin sabitliyi üçün mühüm təminat yaradır. Ümumən elə gəlir ki, bu qanun gənc nəsildə dövlətçilik şüurunun formalaşmasında xüsusi rol oynayır. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəmlənməsi istiqamətində mühüm xidmətlər göstərmişdir. Onun rəhbərliyi dövründə dövlətçilik ənənələri daha da gücləndirilmişdir. Heydər Əliyev müstəqilliyin əbədi və dönməz olduğunu daim vurğulayırdı. O bildirirdi ki, müstəqilliyi qorumaq onu qazanmaqdan daha çətindir. Bu fikir müstəqilliyin məsuliyyətini və əhəmiyyətini aydın şəkildə ifadə edir. Dövlət müstəqilliyi Azərbaycan xalqının ən böyük tarixi nailiyyətlərindən biri hesab olunur. Bu gün ölkəmiz beynəlxalq aləmdə müstəqil dövlət kimi tanınır. Azərbaycan bir çox beynəlxalq təşkilatların fəal üzvüdür. Müstəqillik Günü hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Həmin gün dövlət bayraqları qaldırılır və müxtəlif tədbirlər keçirilir. Məktəblərdə və ali təhsil müəssisələrində müstəqilliyin əhəmiyyətindən bəhs olunur. Gənc nəslin vətənpərvər ruhda yetişdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycan xalqı öz müstəqilliyini daim qorumağa və inkişaf etdirməyə çalışır. “Müstəqillik günü haqqında” qanun dövlətçilik tariximizin mühüm hüquqi sənədlərindən biri kimi böyük əhəmiyyət daşıyır.

 

Cəmilə Şirinova – Zərdab Gənclər evinin mühasibi

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki