image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17822130541030348_1200x630

Münasibətlərimiz möhkəm təməl – tarixi bağlar, mədəni əlaqələr və mənəvi əlaqələr üzərində qurulub

image-legitimaz-810x90

Münasibətlərimiz möhkəm təməl – tarixi bağlar, mədəni əlaqələr və mənəvi əlaqələr üzərində qurulub

 

Azərbaycan ilə Türkmənistan arasında münasibətlər qədim tarixi köklərə, ortaq milli-mənəvi dəyərlərə və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Bu münasibətlər yalnız iki müstəqil dövlət arasında əməkdaşlıq nümunəsi deyil, həm də eyni kökdən gələn, ortaq tarix və mədəniyyətə malik iki qardaş xalqın birliyinin ifadəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Münasibətlərimiz möhkəm təməl – tarixi bağlar, mədəni əlaqələr və mənəvi əlaqələr üzərində qurulub” fikri Azərbaycan-Türkmənistan münasibətlərinin mahiyyətini dolğun şəkildə əks etdirir. Azərbaycan və Türkmənistan xalqları əsrlər boyu eyni coğrafi məkanın, eyni mədəni mühitin və türk dünyasının ayrılmaz tərkib hissəsi olmuşlar. Hər iki xalqın tarixi kökləri qədim türk tayfalarına dayanır. Tarix boyunca Azərbaycan və Türkmənistan arasında ticarət yolları fəaliyyət göstərmiş, xalqlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. Xüsusilə Böyük İpək Yolunun keçdiyi ərazilərdə yaşayan xalqlar arasında qarşılıqlı münasibətlər inkişaf etmiş, bu əlaqələr xalqların həyat tərzinə, adət-ənənələrinə və dünyagörüşünə öz təsirini göstərmişdir. Xəzər dənizi də Azərbaycan və Türkmənistan arasında xüsusi əhəmiyyətə malikdir. Tarix boyu Xəzər dənizi iki xalq arasında əlaqələrin genişlənməsinə xidmət etmiş, iqtisadi və mədəni əməkdaşlığın inkişafına şərait yaratmışdır. Bu gün də Xəzər dənizi iki ölkə arasında strateji əməkdaşlığın mühüm istiqamətlərindən biri hesab olunur. Azərbaycan və Türkmənistan xalqlarını birləşdirən əsas amillərdən biri də ortaq mədəni irsdir. Hər iki xalq zəngin folklora, qədim ədəbiyyata və milli adət-ənənələrə malikdir. Xalq yaradıcılığı nümunələrində, dastanlarda, musiqidə və milli bayramlarda çoxlu oxşarlıqlar mövcuddur. Novruz bayramının böyük təntənə ilə qeyd olunması, ailə dəyərlərinə bağlılıq, qonaqpərvərlik və böyüklərə hörmət kimi xüsusiyyətlər Azərbaycan və Türkmənistan xalqlarının ortaq mənəvi sərvətidir. Mədəni əlaqələrin inkişafı iki ölkə arasında dostluğun daha da möhkəmlənməsində mühüm rol oynayır. Müxtəlif illərdə keçirilən mədəniyyət günləri, sərgilər, konsert proqramları və elmi konfranslar xalqların bir-birini daha yaxından tanımasına imkan yaradır. Hər iki ölkənin alimləri, yazıçıları və mədəniyyət xadimləri ortaq irsin təbliği istiqamətində mühüm işlər görürlər. Türk dünyasının böyük söz ustadları olan Məhəmməd Füzuli və Məhtimqulu Fəraqinin yaradıcılığı bu mənəvi yaxınlığın ən parlaq nümunələrindəndir. Azərbaycan və Türkmənistan arasındakı münasibətlərin möhkəm olmasının digər vacib səbəbi mənəvi yaxınlıqdır. Hər iki xalq islam dininin humanist dəyərlərinə sadiqdir, milli-mənəvi ənənələrə böyük hörmətlə yanaşır. İnsanpərvərlik, xeyirxahlıq, dostluq və qarşılıqlı yardım kimi dəyərlər xalqlarımızın həyatında mühüm yer tutur. Bu mənəvi bağlar dövlətlərarası münasibətlərin inkişafında da özünü göstərir və əməkdaşlığın etibarlı təməlinə çevrilir.

Müstəqillik illərində Azərbaycan və Türkmənistan arasında siyasi əlaqələr daha da inkişaf etmişdir. Dövlət başçılarının qarşılıqlı səfərləri, imzalanan sənədlər və əldə olunan razılaşmalar əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə səbəb olmuşdur. Energetika, nəqliyyat, logistika, ticarət və humanitar sahələrdə həyata keçirilən layihələr iki ölkənin qarşılıqlı maraqlarına xidmət edir. Bu gün Azərbaycan və Türkmənistan beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edirlər. Birləşmiş Millətlər Təşkilatı, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq platformalarda qarşılıqlı dəstək nümayiş etdirirlər. Bu əməkdaşlıq regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə də mühüm töhfə verir. Azərbaycan və Türkmənistan arasındakı münasibətlər təsadüfi deyil, əsrlər boyu formalaşmış tarixi bağlara, zəngin mədəni əlaqələrə və ortaq mənəvi dəyərlərə əsaslanır. Bu möhkəm təməl gələcəkdə də iki qardaş ölkə arasında əməkdaşlığın daha da inkişaf etməsinə, xalqların rifahının yüksəlməsinə və türk dünyasının birliyinin güclənməsinə xidmət edəcəkdir. Tarixdən gələn dostluq və qardaşlıq ənənələri Azərbaycan-Türkmənistan münasibətlərinin bundan sonra da uğurla davam edəcəyinə əminlik yaradır.

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı İmanova Xanım


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki